Ramazan ayı üçün 10 bənddən ibarət tutumlu gündəlik proqram
Müəllif: Admin
Tarix: 15-05-2019, 10:17
Ramazan ayı üçün 10 bənddən ibarət tutumlu gündəlik proqram
O zaman ki, insan qarşısına çıxan bir fürsətin dəyirini bilər, onun qədrini daha yaxşı başa düşər və həmin fürsətdən bacardığı qədər istifadə etməyə çalışar.

Ramazan ayı da müsəlmanların qarşısına çıxan ən böyük fürsətlərdən biridir ki, hər kim onu dərk edər, mütləq onun qədrini bilər və ondan bacardığı qədər daha çox istifadə edər.

Bu fürsətdən daha çox necə istifadə edə bilərik?

1. Gün ərzində işimizi elə qurmalıyıq ki, azı bir dəfə, yaxşısı – bir neçə dəfə Quran tilavəti ilə məşğul ola bilək.

2. Namazları vaxtında və diqqətlə qılmağa səy edək.

3. Bu günün duasını mütləq oxuyaq və Ramazan ayında oxunması müstəhəb olan duaları bir neçə hissəyə bölüb, gün ərzində oxumağa çalışaq.

4. Bacardığımız qədər Allahı zikr edək. Bu və digər zikrlərin içindən seçib, gün ərzində deyə bilərik:

“Subhənallah”,

“Əlhəmdulilləh”,

“Allahu Əkbər”,

“Lə iləhə illəllah”,

“Əllahummə salli alə Muhəmmədin və Ali-Muhəmməd”,

“Lə həvlə və lə quvvətə illə billəhil-aliyyil-azim”, “Lə iləhə illlə ənt, subhənəkə inni kuntu minəz-zalimin”,

“Ya həyyu, ya qəyyum”,

“Lə iləhə illəllahul-məlikul-haqqul-mubin”,

“Ya ərhəmər-rahimin”,

“Ya Rabbəl-aləmin”,

“Əstəğfirullahə Rabbi və ətubu iləyh”

və digər bəyənilən zikrlərin içindən seçib, demək olar.

5. Eyni zamanda, Uca Allahla rabitə üzərində fikirləşməyə çalışmaq. Gün ərzində insan özünü Uca Allahın hüzurunda hiss etsə, dediyi sözlərə, etdiyi zarafatlara, düşündüyü fikirlərə diqqət edər.

Bu onda sabit bir təqva haləti yaradar ki, digər 11 ayda onun səhv hərəkətlərinin qarşısını alan, günahdan sığortalayan bir köməkçi rolunu oynayar.

6. İmkan daxilində dəstəmazlı olmağa çalışaq.

5. Əgər sabahkı günü səhər tezdən işləmirsinizsə, həmin gecəni əhya saxlamağa çalışın. Amma özünüzü yormayın. Gücünüzdən artıq ibadət etməyin, halal ruzi qazanmağa enerji və gücünüz olsun.

7. Dini məkanlarda təşkil edilən Ramazan ayı tədbirlərində iştirak etməyə çalışaq.

8. İftarları mənəvi insanlarla, ailə üzvləri ilə keçirməyə çalışaq.

9. Enerjimizi boş yerə xərcləməkdən həya edək. Xüsusilə, yersiz danışmaqlara və qeybətə.

10. İftar zamanı və obaşdan yeməyində ifrat etməkdən çəkinək. Eyni zamanda, halal ləzztlərdən imtina etməyək. Çalışaq, obaşdan və iftarlarlardan həm fiziki, həm estetik, həm də - ən başlıcası – mənəvi payımızı aparaq.




/Deyerler.org/
Oxşar xəbərlər
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031