Mübarək Ramazan ayının səmərəsi nədir?
Mьəllif: admin1
Tarix: 24-03-2024, 13:45
Mübarək Ramazan ayının səmərəsi nədir?
Alimlər mübarək Ramazan ayının səmərəsi barədə buyurur ki, insan Ramazan ayında dəvət kartı əldə etmiş olar. Bəziləri belə düşünməsin ki, ancaq oruc tutanlar bu ziyafətə dəvətlidirlər. Oruc – bu süfrənin bir hissəsidir.

Dünyanın bütün məxluqları bu ziyafətə dəvətlidirlər. Allah Təala bu rəhmətini hətta qəflətdə olanlara və heyvani həyat keçirənlərə belə şamil edər.

Hər kəs Ramazan ayının ətrindən bəhrə aparar. Heç kəs bu ziyafətdən istisna olmamışdır.

Həzrət Peyğəmbər (s) buyurur: “Ey insanlar! Allah bu ayda hamını qonaqlığa gətirmişdir və ayrı salmamışdır”. Sadəcə o kəslər ki, Allah bəndəsi kimi yaşamaq istəyir və Onu razı salmağa çalışırlar, onların başı ucadır. O kəs ki, Allah bəndəsi olmağa hazır deyildir, xəcalət çəkər.

Biz İmam Zamanımızdan (ə.f) istəyirik ki, bizə bu ayda pak olmağa yardım etsin. Günah edən insanlar üçün bir istiğfar edək. Hələ indiyə qədər heç kəs Ramazan ayının həqiqətən necə ay olduğunu dəqiq bilmir. Bu, istisna olan fürsətlərdəndir ki, Allah on iki ay arasından seçmişdir.

Nəql edirlər ki, bir qoca kişi ətir almaq üçün bazara daxil olur. Ətrin iyini hiss edən kimi huşdan gedir. Hamı təəccüb edir ki, belə ola bilərmi ki, kiminsə ətir iyindən halı pisləşsin?

Bu kişini tanıyan insanlardan biri deyir ki, o, peyin satandır və burnu ancaq peyin iyinə alışmışdır. Bir qədər quru gübrə gətirib burnuna tutdular və o, huşa gəldi.

Biz öz ruhumuzu günah iyinə elə alışdırmışıq ki, Ramazan ayının rəhmət iyini hiss edə bilmirik. Axı Ramazan ayının mükafatı – mənəvi və axirəvidir.

Allah Təala bu bir ayı bizim üçün bəndəlik ayı qərar vermişdir. Bir hissəsi orucdur, bir hissəsi gecə ibadətləridir, bir hissəsi Quran oxumaqdır.

Ona görə də Ramazan ayı – bəndə olmaq ayıdır. Allah bəndəsi olmağın bir çox yolları vardır. Onlardan biri də qəflətdə olmamaqdır.

Ramazan ayının bir hissəsi – iftar süfrələridir. Gəlin Ramazan ayının bu fürsətindən istifadə edək. Bacardığımız qədər oruc tutanlara iftar süfrəsi açaq və onların savablarına şərik olaq.

İmam Kazım (ə) buyurur: “Oruc tutan qardaşına iftar vermək, öz orucundan daha fəzilətlidir”.

Beləliklə deyə bilərik ki, mübarək Ramazan ayının ən böyük səmərələri: gecə namazları, iftar süfrələri, Quran tilavəti, oruc, dua və münacatdır.

Hər kim Ramazan ayından istifadə edər, onun səmərələrini əldə edər və təqvaya malik olar.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930