Ramazan ayını niyə “Təthir ayı” adlandırırlar?
Mьəllif: admin1
Tarix: 2-04-2023, 12:12
Ramazan ayını niyə “Təthir ayı” adlandırırlar?
Ramazan ayını bəzən “Təthir ayı” adlandırırlar. Yəni. Paklanmaq, təmizlənmək. Ona görə ki, bu ayda edilən tövbə geri qayıtmaz və insanı paklayar, saflaşdırar. Ramazan ayı zülal suyu kimi insan ruhunu bütün pisliklər və günahlardan pak edər və təmizləyər.

İnsan əgər bu ayı dərk edə bilsə, qəlbi istiğfar və tövbə ilə saflaşar və öz qəsavətini aradan aparar. Ramazan ayı –

Allaha qayıtdığımız aydır.

Ramazan ayı zülal suyu ilə insanı nəinki paklayar, həm də xalisləşdirər. Etdiyi əməllər ancaq Allah üçün olar və xülus əldə edər.Əgər ruhunda gizli şirk vardırsa ondan belə təmizlənər.

Ramazan ayı qiyam ayıdır. İnsan dünya nemətləri süfrəsindən qalxar və şəhvətini tərbiyə edər. Bu ayda etdiyi bütün saleh əməllərin savabı daha çoxdur. Aldığınız nəfəs belə ibadət sayılır.

Ramazan ayı elə bir aydır ki, insanı cəhənnəm atəşindən qoruyar. Ancaq orucumuz həqiqi olarsa. O zaman Allah bizi əbədi nemətləri olan behiştə daxil edər.

Ramazan ayı ancaq bədənə aid deyildir. Yəni, insana yeməyi və içməyi qadağan etdiyi kimi, ruha da bəzi qadağalar qoymuşdur. O cümlədən, gözünü harama bağlamaq, qulağını harama bağlamaq, dilini qeybətə və başqa günahlara bağlamaq kimi.

Oruc tutan insan şəhvət kimi heyvani istəklərinin cilovunu əlinə alar və başqa nəfsani istəklərinə “yox” deməyi öyrənir. Necə ki, hədislərin birində oxuyuruq: “Əgər oruc tutursunuzsa ətin, gözlərin, bədəninin tükləri və dəriniz belə oruc tutmalıdır”.

Bu İlahi ziyafətin hər anından bəhrələnməyə çalışaq və oruc ancaq biz insanlara fayda verir, Allah bizim orucumuza möhtac deyildir.Oruc tutmaqla və nəfsimizlə böyük cihadla İlahi imtahandan yaxşı qiymət almağa çalışaq.

Bu müqəddəs ay sayəsində onun zülal suyunda paklaşaq və təmizlənək. Ancaq pak halda Allaha yaxınlaşmaq olar, çünki Allah Özü də pakların ən pakıdır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031