Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam
Mьəllif: admin1
Tarix: 13-03-2024, 10:33
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam
Mübarək Ramazan ayını əziz tutmalıyıq. Bu ayda Allah Təala ilə daha yaxın ola bilər və daha yaxın rabitə qura bilərik.

Əgər bu ayın fəzilətirini dərk etməsək, bu fürsəti əldən vermiş olarıq. Ona görə də elə ilk gündən özümüz üçün xüsusi bir proqram quraq və ona əməl etməyə çalışaq.

Ramazan ayı – orucun vacib olduğu aydır. Bundan əlavə, məsləhət görülən bir sıra əməllər də var. Əziz Peyğəmbərimiz (s) bizə bu ayda dörd əməli tövsiyə edir.

1. Dua.

Seyyid ibni Tavus İmam Sadiqdən (ə) və İmam Kazımdan (ə) nəql edir ki, buyurublar: "Ramazan ayının ilk günündən son gününə qədər vacibatlardan sonra bu duanı oxu: "Allahummərzuqni həccə bəynəkəl hərami fi ami haza və fi kulli am”.

Həmçinin hər bir vacib namazdan sonra bu duanı oxu: "Ya Əliyyu, ya Əzim, ya Ğəfuru, ya Rahim”.

Həzrət Peyğəmbərdən (s) nəql edilir ki, hər kim Ramazan ayında namazdan sonra bu duanı oxuyarsa, Allah günahlarını bağışlayar. "Allahummədxil əla əhlil quburis- surur”.

2. Quran qiraət etmək.

Ramazan ayının gündüzlərində, gecələrində ən yaxşı əməl - Quran qiraət etməkdir. Belə ki, Quran Ramazan ayında nazil olmuşdur. Hər bir şeyin baharı vardır və Quranın baharı - Ramazan ayıdır.

3. Zikr və istiğfar.

Bu ayda zikr etmək və istiğfar etmək çox bəyənilən əməllərdəndir. Həmçinin "Lə iləhə illəllah” zikrini demək çox savaba malikdir. Hədislərdə oxuyuruq ki, o zaman ki, mübarək Ramazan ayı gələrdi, İmam Səccad (ə) dua, təsbih və istiğfardan başqa bir söz deməzdi.

4. Namaz.

Ramazan ayının hər gecəsində iki rükətli namaz qılmaq müstəhəbdir. Hər rükətdə "Həmd"dən sonra "Tövhid” ("İxlas”) surəsini 3 dəfə oxumaq lazımdır.

Salamdan sonra isə 10 dəfə salavat göndərmək lazımdır. Hər kim bu namazı qılarsa, Allah günahlarını bağışlayar.

İmam Sadiqdən (ə) nəql edilir ki, hər kim Ramazan ayının hər gecəsində müstəhəb namazda "Fəth” surəsini oxuyarsa, həmin il bəladan hifz olunar.

Hədislərdə oxuyuruq ki, iftar zamanı sədəqə verin. Oruc tutanlara iftar verin. Əgər gücünüz çatmırsa, bir xurma və su ilə də olsa, iftar verin. Əziz Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, hər kim bu ayda oruc tutan möminə iftar verərsə, qul azad etməyin savabına malik olar.

Həmçinin günahlarının bağışlanmasına səbəb olar. Səhabələri soruşur ki, əgər bu işi görməyə gücümüz çatmırsa, nə edək. Buyurur: "O kəsin ki, gücü çatmır, bir qədər süd, bir qədər su və bir qədər də xurma versin”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031