İşin ən yaxşı başlanğıcı və sonu nədədir?
Mьəllif: admin1
Tarix: 20-04-2019, 21:25
İşin ən yaxşı başlanğıcı və sonu nədədir?
Həzrət İmam Hüseynə (ə) sual verirlər ki, insanın fəzilət və kəraməti nədədir?

Həzrət (ə) buyurur: “Dili nəzarətdə və ixtiyarda saxlamaqda və səxavətə malik olmaqda”.

Sual verirlər ki, bəs insanın naqisliyi nədədir?

Buyurur: “Özünü faydalı olmayan şeyə məcbur etməkdə”.

Özünü lazımsız yerə əziyyətə salmamaq barədə Həzrət Mövladan (ə.f) da buyuruş var. Belə ki, İmam Zaman ağa (ə.f) buyurur: “Sizdən istənilməyən şeyləri öyrənməyə görə özünüzü əziyyətə salmayın”.

Əziz Rəsuli-Əkrəmdən (s) nəql edilən hədisdə isə şin ən yaxşı başlanğıcı və sonuna işarə edilmişdir. Həzrət Peyğəmbər (s) buyurur: “Allah yanında ən sevimli iş, o işdir ki, davamlılığı çox olar – baxmayaraq ki, az olsa belə”.

İşin əvvəlinin və sonunun ən yaxşı əməlləri barədə İmam Zeynəl-abidin (ə) də bizlərə yol göstərmişdir. Belə ki, İmam Səccad (ə) buyurur: “İşin ən yaxşı başlanğıcı – sədaqət və düz danışmaqdır. Ən yaxşı sonu isə vəfadır”.



/Deyerler.org/

Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031