Müstəhəb ibadətlərdən doymamış bir durumda olun, özünüzü əziyyətə salmayın
Mьəllif: admin1
Tarix: 3-02-2015, 08:07
Müstəhəb ibadətlərdən doymamış bir durumda olun, özünüzü əziyyətə salmayın

İmam Əli (ə) buyurur: “İbadət və bəndəlikdə nəfsini aldat. Onunla mehriban ol. (Ona ağır vəzifə vermə). Asudə və şad zamanında onu dərk et. (İtaət və bəndəliyə vadar et). Məgər o şey ki, sənə vacib olmuşdur və ona vaxtında riayət etməkdən başqa çarə yoxdur”.

İmam Əli (ə) başqa yerdə buyurur: “Ürəklər üçün şövq vardır. Nə zaman üz çevirsə, onu müstəhəblərə tərəf vadar edin. Nə zaman üz döndərsə, vacibatı yerinə yetirməklə kifayətlənin”.

Bir neçə saat dalbadal mütailə etmək bizi yormaqla yanaşı, həmin kitaba olan meylimizi də aradan aparar. Lakin həmin bir neçə saatı bölməklə bu mütaliəni davam etdirmək üçün ümid olar. Bizim bu kitaba olan meylimizi qoruyar.

Əxlaq alimləri deyir: “Əgər 10 rükət müstəhəb namaz qılmağa əlaqəniz varsa, 12 rükət qılmayın. Çünki sonuncu iki rükət hövsələsizlik və təzyiq nəticəsində qılınmışdır.

Zehnimizdə xoşagəlməz xatirələr qoyar. Bu əziyyətverici şeyi düşünərək həmin ibadətə olan meylimiz azalar. Ancaq əgər 8 rükət qılınsaydı, bu təravətli əməldən təcrübə edilən ləzzət özü ilə iki nəticə gətirərdi.

1. Zehində şirin xatirə qalar.

2. Həmin əməli təkrar etmək üçün ürəkdə şövq olar.

Bu mövzu yeməkdən doymamış əl çəkməyə bənzəyir. Bu məsələyə ibadətdə də riayət etmək lazımdır”.

İmam Həsən Əsgəridən (ə) gələn hədisdə oxuyuruq: “O zaman ki, ürəkdə sevinc və şadlıq vardır, onlara əmanət tapşırın. O zaman ki, boyun qaçırdır, onu boş buraxın”.

Bu hədislər bizə nəsihət verir ki, nəfsinlə mehriban ol və öz halından müğayat ol. Taqətin çatmayan şeyləri ona yükləmə.

Bu mövzuya riayət etmək xüsusilə də cavanlar üçün mühümdür. Çünki əgər cavan öz nəfsi ilə mehriban olmasa, nəfsinin təbii ehtiyaclarını halal yoldan təmin etməzsə, elə bir günaha batar ki, onu aradan qaldıra bilməz.

Bu təhlükə odur ki, bəzən nəfs çox sıxıldığı üçün ixtiyarı insanın əlindən alar, öz ehtiyaclarını ödəmək üçün onu günah uçurumundan yerə salar.

İnsanın ruhu çox lətifdir. Əgər ona təzyiq olunarsa, reaksiya verər. Ola bilsin ki, həmin əməldən tamamilə uzaqlaşsın. Ona görə idi ki, əziz Peyğəmbər (s) öz səhabələrinə belə buyurardı: “İbadətdən gücünüz çatan qədərini alın. Çünki Allah yorulmaz, o zamana qədər ki, siz yorulmazsınız”.

Əlbəttə ki, bütün bunlar müstəhəb ibadətlərə aiddir. Vacib ibadətləri tərk etmək haramdır və insan öz cismini hər vasitə ilə bunları yerinə yetirməyə vadar etməlidir.



Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031