Günahların bağışlandığı gecə, Ramazan ayının qəlbi, 1000 aydan daha yaxşı – Qədr gecəsinin fəzilətləri
Mьəllif: admin1
Tarix: 13-04-2023, 22:44
Günahların bağışlandığı gecə, Ramazan ayının qəlbi, 1000 aydan daha yaxşı – Qədr gecəsinin fəzilətləri
Qədr gecəsi - ən əzəmətli gecələrdən biri sayılır. Bu gecənin fəzilətli olmasının səbəbi - həmin gecədə baş verənlərə görədir. Əks halda, başqa gecələrdən fərqi olmazdı.

1. Günahların bağışlandığı gecədir. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim Qədr gecəsini əhya saxlayar və mömin olar, Qiyamət gününə etiqadı olar, bütün günahları bağışlanılar”.

2. Ramazan ayının qəlbidir. İmam Sadiq (ə) buyurur: "Allahın kitabından istifadə olunur ki, Allah yanında ilin aylarının sayı on ikidir. Ayların ən üstünü - Ramazan ayıdır, Ramazan ayının qəlbi isə Qədr gecəsidir”. Həzrət Peyğəmbər (s) buyurur: "Qədr gecəsi - gecələrin sərvəridir”.

3. Min aydan daha yaxşıdır. Qurani-Kərim buyurur: "Qədr gecəsi min aydan daha xeyirlidir”. ("Qədr” 3).

Bəs nəyə görə bu gecə min aydan daha üstündür?

Nəql olunur ki, o zaman ki, Ramazan ayı yaxınlaşardı, Həzrət Peyğəmbər (s) Bilala buyurardı: "Müsəlmanları məscidə çağır”. Onlar toplaşan zaman minbərə qalxar və Allaha həmd etdikdən sonra buyurardı: "Ey insanlar! Allah Təala bu ayı sizə aid etmişdir. O, ayların seyyididir və onda elə bir gecə vardır ki, min aydan daha yaxşıdır”.

Bu gecənin fəziləti haqqında deyilir:

1. Bu gecədə edilən hər bir yaxşı əməl, başqa gecələrdə edilənlərdən daha üstündür. İmam Sadiqə (ə) sual verirlər ki, necə ola bilir ki, Qədr gecəsi min aydan üstün olur? Həzrət (ə) belə cavab verir: "Qədr gecəsindəki əməl, Qədr gecəsinin olmadığı min ayda edilən əməldən daha üstündür”.

2. Mələklər və ruh Allahın izni ilə yerə enərlərlər. İmam Səccad (ə) buyurur: "Allah Peyğəmbərə (s) buyurur: "Bilirənsənmi ki, Qədr gecəsi niyə min aydan daha üstündür?”. Həzrət (s) buyurur: "Xeyr”. Allah buyurur: "Ona görə ki, bu gecədə mələklər və ruh Allahın izni ilə yerə enərlərlər”.

3. Quran bu gecədə nazil olmuşdur. Bəli, Qurani-Kərim bu gecədə bir dəfəyə, xülasə şəklində Peyğəmbərin (s) o nurani qəlbinə bir ruh kimi nazil olmuşdur. Lakin sonradan 23 il ərzində söz şəklində tədricən nazil olmuşdur.

Qədr gecəsi ən mübarək gecələrdən biridir və bu gecənin bərəkət və xeyirləri çoxdur. Ona görə də qarşıdan gələn Qədr gecələrinin fürsətlərini əldən verməyək və ondan bəhrələnməyə çalışaq.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031