İbadətin əsil sirri nədədir?
Mьəllif: admin1
Tarix: 5-01-2018, 20:28
İbadətin əsil sirri nədədir?
İbadət dedikdə, ümumilikdə bu əməllər nəzərdə tutulur:

1. Təharət (dəstəmaz, qüsl).

2. Namazlar (yövmiyyə, cümə, bayram, ayət, vəhşət, nəzir namazları).

3. Oruc.

4. Xüms, zəkat.

5. Ziyarətlər, dualar, zikr və münacatlar.

6. Quran oxumaq.

7. Sədəqə, xeyriyyə, yardım.

8. Sileyi-rəhm.

9. Dəvət, təbliğat.

10. Mərasimlərdə iştirak.

Bəs bütün bu ibadətlərin əsil sirrini nə təşkil edir? Əlbəttə ki, niyyət.

Həzrət Peyğəmbər (s) buyurur: “Möminin niyyəti onun əməlindən üstündür”.

Ona görə də deyə bilərik ki, niyyət bütün ibadətlərin əsil sütunudur. İbadəti adətlə fərqləndirən şey də - məhz niyyətdir. Adətən insanlar niyyət dedikdə 4 şeyi nəzərdə tuturlar:

1. Niyyət odur ki, insan bir işə başlayan zaman onu dilinə gətirər.

Misal üçün, insan bir işi etmək istəyən zaman niyyət edər ki, İlahi qürbə çatmaq üçün bu işi edir.

2. Niyyət odur ki, dildə dediklərini zehnindən keçirdirsən. Yəni, o işin mənasını zehnindən keçirdər və onun haqqında təfəkkür edər. Bu məna birinci məna ilə oxşardır. Çünki niyyətin səmərəsi odur ki, riyadan uzaq olsun.

3. İnsan bəzən bir işə başlayanda onu yerinə yetirəcəyini qəsd edər. İstəyər ki, işində səhv etməsin və ondan qəflət etməsin.

4. Niyyət, yəni stimul və həmin işin yerinə yetirilməsinə səbəb olan amil. Biz insanların yerinə yetirməli olduğu əməl də budur, yəni həqiqi niyyət də bu olmalıdır. Əgər insanın bir işi yerinə yetirən zaman stimulu ondan istənilən şey olarsa, niyyət düzgün və əməli qəbul olmuş olar. Əgər stimulu batil və Allah üçün olmazsa, əməli də batil olar. Baxmayaraq ki, qürb niyyətini qəlbindən keçirtsə belə.

O zamana qədər ki, insan bunu dərk etməz, yəni hədəfinə çatmaq üçün əməli yerinə yetirməli olduğu həqiqətini başa düşməsə, əməli puç olar.

Çünki bir əməli yerinə yetirmək üçün insana iki şərt lazımdır. Biri etiqaddır və o birisi qəlb diqqəti ilə yerinə yetirdiyi əməldir.

Ona görə də deyə bilərik ki, niyyətin düzgün olması üçün bir neçə stimul lazımdır.

O kəslər ki, ibadəti xalis niyyət olmadan yerinə yetirirlər, onlar riya edirlər və Allahın razılığını itirərlər. İbadətin əsil sirri və əsil səbəbi – niyyətin xalis olmasındadır. Abid bu həqiqəti dərk etməyənəcən, ibadətin şirinliyini dadmaz və əməli mənadan məhrum olar. Çünki ibadəti sütunsuz yerinə yetirilmiş olar.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930