Dünyanın cəzzabiyyətini tək bu amilə görə tərk etmək lazımdır
Müəllif: Admin
Tarix: 15-04-2019, 21:02
Dünyanın cəzzabiyyətini tək bu amilə görə tərk etmək lazımdır
İmam Əlinin (ə) “Nəhcul-bəlağə”də belə buyuruşu var: “Bu dünyanın alçaqlığı üçün elə bu kifayətdir ki, Allahın günahı edilən tək məkandır. İlahi mükafata çatmaq üçün onu tərk etməkdən başqa yol yoxdur”.

Qurani-Kərim dünyanın nə qədər alçaq və dəyərsiz olduğunu bizə dəfələrlə xəbər vermişdir. “Bu dünya həyatı bihudə əyləncədən və oyun-oyuncaqdan başqa bir şey deyildir. Həqiqətən də, axirət evi əbədi həyatdır (onun yeri, göyü, cəmadat və nəbatatı belə) əbədilik diridir (və elə bil ki, həyatın özüdür). Kaş biləydilər!”. (“Ənkəbut” 64).

Əgər hədislərə nəzər salsaq görərik ki, dünyanı cəyitkənin ağzında yarım çeynənmiş yarpağa bənzətmişdilər.

İmam Əlinin (ə) nurani buyuruşunda iki mühüm nöqtə vardır:

1. Birincisi budur ki, Allahın günahının edildiyi tək məkan – Yer kürəsidir.

2. Hər kim civadan səadətə çatmaq istəyirsə, gərək onu tərk etsin.

İmam Səccad (ə) buyurur: “Atam İmam Hüseyn (ə) buyurardı: “Allah Təala qarşısında dünyanın alçaqlığı üçün elə bu kifayətdir ki, Yəhya ibn Zəkəriyyənin (ə) başını Bəni-İsrayilin ən bulaşmış qadınına hədiyyə göndərmişdilər””.

İmam Kazımın (ə) Həşama buyuruşunda oxuyuruq ki, Həzrət (ə) deyir: “Aqillər dünyanın əlavə şeylərini tərk ediblər, o ki, qaldı günaha. Çünki dünyanı tərk etmək – fəzilətdir və günahı tərk etmək isə vacibat”.

Bu hədislərdən belə nəticəyə gəlmək olur ki, dünyanı tərk etmək deyildikdə onu ümumiyyətlə tərk etmək deyil, onun cəzzabiyyətini, bər-bəzəyini, zinətini tərk etmək nəzərdə tutulur.

Belə ki, Məsum İmamlarımız (ə) da bu dünyada yaşamış və onun nemətlərindən zəruri həddə istifadə etmişdilər. Sadə həyatı üstün bilmişdilər. Dünyanı tərk etmək dedikdə, məhz sadə həyat sürmək nəzərdə tutulur.

Ona görə də günahın tək məkanı olan bu dünyaya çox göz dikməyək, əsil hədəfimiz axirət olmalıdır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031