İmamın (ə) məsumluğunun 4 sirri
Mьəllif: admin1
Tarix: 29-01-2021, 11:31
İmamın (ə) məsumluğunun 4 sirri
İbni Əbi Əmir nəql edir: “Hişam ibni Həkəmlə həmsöhbət olduğum zamanlarda ondan İmamın (ə) isməti barəsində sual soruşmuşdum. Bir gün ondan soruşmuşdum ki, İmam (ə) məsumdurmu?
O, demişdi: “Bəli”.

Ona demişdim: “İmamda (ə) ismət sifəti nədir və nəyi ilə tanınır?”.

Hişam demişdi: “Bütün günahlar dörd yoldan peyda olar ki, beşincisi yoxdur. O, dörd dənə ibarətdir: hərislik, həsəd, qəzəb və şəhvət. Bu dördü də İmamdan (ə) uzaqdır.

Çünki caiz deyildir ki, İmam (ə) dünyaya qarşı həris olsun, İmam (ə) bütün müsəlmanların xəzinadarıdır. Bütün dünyanın ixtiyarı onun əlindədir. Ona görə də nə üçün hərislik etsin ki?

Caiz deyildir ki, İmam (ə) həsəd aparsın. Çünki insan özündən üstün insana həsəd aparar. Halbuki, İmamdan (ə) üstün varlıq yoxdur ki, ona həsəd aparsın.

Bütün insanlar Həzrətin (ə) məqamından aşağıdadırlar. Aşağı məqamda olanlara həsəd aparmaq aqil deyildir.

Həmçinin caiz deyildir ki, İmam (ə) dünya işlərinə görə qəzəblənsin. Onun qəzəbi Allahın rizası üçün olar. Bu halda nəinki caizdir, əslində mədh olunandır.

Caiz deyildir ki, İmam (ə) şəhvətə tabe olsun. Çünki, Allah Təala axirəti Həzrətin (ə) məhbubu qərar vermişdir, necə ki, dünyanı bizim üçün məhbub etmişdir.

Ona görə də İmam (ə) axirətə nəzər salar, necə ki, biz dünyaya nəzər salırıq. Necə ola bilər ki, İmam (ə) axirəti tərk etsin və dünyanı seçsin?!

Heç görülməmişdir ki, kimsə gözəl simanı çirkin simaya görə tərk etsin, ya xoş bir təamı acı və pis təama görə tərk etsin?! Ya yumşaq paltarı qoyub, kobud paltar geyinsin. Ya daim olan neməti qoyub, məhv olandan yapışsın?!”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930