Bəzi insanlar niyə Qiyaməti inkar edirlər?
Müəllif: Admin
Tarix: 29-03-2019, 15:35
Bəzi insanlar niyə Qiyaməti inkar edirlər?
İnsanların məadı inkar etməklərinə nə səbəb olur?

İnsan fitri olaraq yaxşı bilir ki, Onu yaradan vardır və Ona daima nəzarət edir. Bu dünya onun fitri meyil və istəklərini kamil şəkildə təmin edə bilmir.

Ona görə də onu başqa bir aləm gözləyir ki, orada əbədi rahatlıq və hüzur tapacaqdır. Ancaq insanların bəzisi bu həqiqəti qəbul etmək istəmirlər. Niyə?

1. Məsuliyyətdən qaçmaq üçün. Bəzən insan qonşusunun həyətində olan ağacdan istifadə etmək istəyir. Ancaq vicdanı ona deyir ki, bu işi görmə. Çünki onun sahibi vardır və sənin bu işinə razı olmaz.

O da vicdanını aldatmaq üçün deyər: “Bu Yer kürəsinin maliki yoxdur. Deməli, bu ağacın da maliki yoxdur”. Bu yolla bağlı yolu özü üçün açmaq istəyər.

“(Onun inkar etməyi yalnız Qiyamət barəsində şəkk etdiyinə görə deyildir) əslində insan istəyir ki, (ömrü) irəlilədikcə günah etsin”. (“Qiyamət” 5).

2. Elmi bilgilərin olmaması. O zaman ki, insanın Allaha və Onun qüdrətinə dair elmi olmaz – o zaman məadı inkar edər. Allah Təala Qurani-Kərimdə buyurur: “(Məkkə bütpərəstlərindən) kafir olan kəslər əsla dirildilməyəcəklərini güman edirlər.

De: «Xeyr, Rəbbimə and olsun ki, dirildiləcəksiniz, sonra da sizə etdikləriniz əməllər xəbər veriləcəkdir və bu (diriltmə) Allah üçün asandır»”. (“Təğabun” 7).

Bu dünyada insanın başına gələn bəlaların çoxu məadı unutduğuna görədir. Axirətə iman bəsləmək elə bir qüvvədir ki, insanı daima günahdan uzaq saxlaya bilər. İnsanı bu dünyada kamala çatdıran amillərdən biri də – Onu yaradanı yada salmaq və məadı unutmamaqdır.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031