Ölümü yada salmaq əxlaqı gözəl edər
Mьəllif: admin1
Tarix: 18-10-2022, 21:15
Ölümü yada salmaq əxlaqı gözəl edər

Əxlaq məad və Qiyaməti yada salmaqla kamala çatar. Çünki ölümü yada salmaq, Qiyamət əzabını düşünmək insan ürəyini daha müti edər.

“(İşlərinizdə) səbir (oruc) və namazdan kömək diləyin. Əlbəttə ki, kömək diləmək və namaz (bunların hər ikisi) itaətkarlardan başqalarına ağır və çətindir. O kəslər ki, (nəhayət) öz Rəbblərinə qovuşacaqlarını və mütləq Ona tərəf qayıdacaqlarını bilirlər”. (“Bəqərə” 45-46).

O kəs ki, bir gün Allah dərgahında hazır olacağını bilir və ölümü yada salmaq onun bütün varlığını külə çevirir, bu hiss insanı daha itaətkar edir. Lakin insan gərək bu mövzuda yəqinlik məqamına çatsın.

Çünki əgər gümanla yanaşarsa, müti olmaz. Amma ölüm, Qiyamət o qədər ağrılı bir şeydir ki, onun haqqında güman etmək belə insanı müti edər.

Namazqılanların xüsusiyyətlərindən biri - Qiyamət gününü qəbul etmək olmalıdır. Belə ki, həqiqi namazqılanın bu sifətləri olmalıdır. “O kəslər ki, namazlarında davamlı və möhkəmdirlər.

O kəslər ki, onların mallarında məlum (müəyyən) bir haqq vardır (vacib və müstəhəb zəkatlar və Allah yolunda olan digər xərclər kimi).

Dilənən və (dünya malından) məhrum olan kimsələr üçün. O kəslər ki, (əqidə və əməldə) cəza gününü təsdiq edərlər. O kəslər ki, öz Rəbbinin əzabından qorxarlar. Çünki, Rəbbinin əzabından arxayınçılıq yoxdur”. (“Məaric” 23-28).

“(Məkkə bütpərəstlərindən) kafir olan kəslər əsla dirildilməyəcəklərini güman edirlər. De: «Xeyr, Rəbbimə and olsun ki, dirildiləcəksiniz, sonra da sizə etdikləriniz əməllər xəbər veriləcəkdir və bu (diriltmə) Allah üçün asandır».

Elə isə, Allaha, Onun Rəsuluna və nazil etdiyimiz nura (Qur’ana) iman gətirin! Allah etdiyiniz əməllərdən xəbərdardır. Elə bir gündə (dirildiləcəksiniz) ki, sizi toplanma günü üçün cəm edəcəklər.

Məhz o gün bir-birini (qarşılıqlı) ziyana uğratma günüdür (dünyada hüquqları zay etdiklərinə görə, bir-birlərinin mükafatlarını alarlar və ya əzabı bir-birlərinin üstünə atarlar və yaxud Cənnət dərəcələrini Cəhənnəmin təbəqələri ilə dəyişərlər).

Və kim Allaha iman gətirsə və yaxşı iş görsə, Allah onun günahının üstünü örtər və onu (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə və bağlara əbədi olaraq daxil edər.

Budur böyük səadət! Və kafir olub Bizim ayələrimizi və nişanələrimizi təkzib və inkar edən kəslər od əhlidirlər. Onlar orada əbədi qalarlar və ora necə də pis bir dönüş yeridir!”. (“Təğabun” 7-10).

Əgər insan Sübhan Allahı yaxşı tanıyarsa və Onun gözəl sifətləri ilə tanış olarsa, məada mütləq inanacaqdır. Bəli, hər kim Qiyamətə və məada inanar, əməllərini islah edər, özünü tərbiyə etməklə məşğul olar. Çünki ölümün hər an sorağında olduğunu bilir.


Deyerler.Org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930