Qiyamətin fitri meyil vasitəsilə sübutu
Mьəllif: admin1
Tarix: 28-02-2019, 22:32
Qiyamətin fitri meyil vasitəsilə sübutu
Məadı isbat etməyin yollarından biri də fütrət bürhanıdır. Rəhmətlik İmam (r) bu haqda yazır: “İmanın üsulu ki, ibarətdir məad gününə imandan, mərifətdən, tövhiddən, vilayətdən, mələklərə və İlahi kitablara imandan – hamısı fitrətdəndir”.

Ona görə də fitrət bürhanı məadı isbat edə bilən yollardan biri ola bilər. Ancaq onun isbat yolu insanın daxili meyillərindən qaynaqlanar.

Bu meyillər – rahatlıq, hüzur və aramlıq meylləridir. İnsanın özünü tanıyandan sonra ən böyük səyi öz rahatlığını təmin etmək üçün olmuşdur.

Hətta kəşf olunan bütün elmi və texniki vasitələrin hamısı – istər nəqliyyat vasitəsi olsun, istər sənət sahəsi olsun, istərsə də əkinçilik – birbaşa bu rahatlığı təmin etmək məqsədini daşıyır.

İnsan özünün ilk ehtiyacları olan yemək və içmək kimi ehtiyaclarını ödəmək üçün elə yollar tapmışdır ki, onun üçün asan və rahat olsun.

Ancaq bəşərin əbədi rahatlığı bu dünyada deyildir. Əslində bu dünya üçün kəşf etdiyi hər bir rahatlıq vasitəsi ardınca çətinlik və müşküllər gətirmişdir. Tarixdə elə bir millət tapmaq olmaz ki, həyatını başdan-başa rahatlıq və rifah içərisində keçirmiş olsun.

Bu rahatlıqları əldə etmək həmişə çətinliklərlə birlikdə olmuşdur. Çünki bir rahatlığı təmin edən kimi, başqa bir çətinlik yaranmış və gərək onun həlli və rahatlığı üçün düşünsün. Bu cismi və fikri əziyyətlərin sonu olmaz.

İnsanda bu meylin olması onu göstərir ki, insan fitri olaraq rahatlıq və hüzur axtaran bir varlıqdır. Ancaq bu daxili meylini bu dünyada təmin edə bilmir. Bu da o deməkdir ki, onun bu meylini təmin edən başqa bir aləm vardır.

Həmin aləmdə onun bu rahatlıqları əbədi olacaqdır. Bu dünyada insan cismi məhdud olduğu üçün, istədiyi həddə rahatlığı təmin etmək onun üçün mümkünsüz olur.

Ona görə də insan bu meylin mütləq həddinə çata bilmir. Bu səbəbdən də əgər insanda bu meyil varsa, deməli elə bir aləm də vardır ki, onun bu meylinin məhdudiyyətini aradan qaldırar və davamlı edər.

Beləliklə deyə bilərik ki, bu aləm məhdud və fani olduğu üçün, insanın rahatlıq meylini kamil şəkildə təmin etmək mümkün deyildir. Ona görə də elə bir aləm olmalıdır ki, bu meyil tamamilə təmin olsun. Həmin aləmin adı isə axirətdir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930