Məadı inkar edənlərə cavab
Mьəllif: admin1
Tarix: 25-09-2018, 10:02
Məadı inkar edənlərə cavab
وَهُوَ الَّذِي يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ وَهُوَ أَهْوَنُ عَلَيْهِ وَلَهُ الْمَثَلُ الْأَعْلَىٰ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ



"Məxluqatı ilk dəfə (yoxdan) yaradan, (ölümdən) sonra onu bir daha geri qaytaran Odur. Bu da Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən uca sifətlər Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir." (Rum, 27).

İzah: Qədimdən bəri məadı inkar edənlərin ən mühüm dəstavüzü məadın mümkün olmamasıdır. Onlar daim bu inancı ələ salırlar ki, insanın çürümüş hissələri və dağılmış bədəni yenidən necə dirilə və hərəkətə gələ bilər.

Quran dəfələrlə bu əbəs məntiqin batil olduğunu bildirmişdir. Bu şübhəni rədd etmə metodlarından biri ilk insanların yaradılmasını xatırlatmaqdır ki, bu ayədən başqa, “Yasin” surəsinin 79-cu, “Əhqaf” surəsinin 33-cü, “Qiyamət” surəsinin 40-cı və s. ayələrdə də söhbət açılmışdır.

Bu ayədə Allah inkarçılara deyir ki, böyük kainatı heçdən yaradan Allah insanları yenidən yarada bilməzmi? Məlumdur ki, bir şeyi yenidən yaratmaq onu ilk dəfə düzəltməkdən və yaratmaqdan daha asandır. Əlbəttə, bu asanlıq insanların baxış bucağındandır. Yoxsa, Allah üçün asan və ya çətin iş (anlayışı) yoxdur.

Hədis: İmam Səccad (ə): “İlkin yaradılışı görən, digər yaradılışı isə inkar edənə təəccüb edirəm” (Kafi, c. 3, səh. 258, hədis: 28).
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930