Qiyamətin və ölümün bir cümlə ilə sübutu – Loğmanın oğluna verdiyi nəsihətlərdən
Mьəllif: admin1
Tarix: 16-03-2019, 15:43
Qiyamətin və ölümün bir cümlə ilə sübutu – Loğmanın oğluna verdiyi nəsihətlərdən
İmam Baqir (ə) buyurur: “Loğmanın oğluna verdiyi nəsihətlərdən biri də budur ki, deyir: “Oğlum! Əgər ölüm barəsində şübhən varsa, yuxunu özündən uzaqlaşdırmağa çalış ki, bacarmayacaqsan.

Əgər Qiyamət barəsində şübhən varsa, yuxudan ayılmağı özündən uzaqlaşdır ki, bacarmayacaqsan. Çünki əgər düşünsən, başa düşəcəksən ki, sənin canın başqasının əlindədir. Yuxu, ölüm kimidir. Yuxudan sonra ayılmaq – ölümdən sonra dirilmək kimidir.

Ey oğlum! (İnsanlara) o qədər yaxınlaşma ki, (onların qəlbindən) uzaq olasan. O qədər də uzaq olma ki, xar olasan. Hər bir varlıq özü kimisini sevər. Həqiqətən də Adəm övladı da özü kimisini sevər.

Öz yaxşılıqlarını, onun müştərisindən qeyrisi qarşısında açma. Belə ki, qoç ilə canavar arasında dostluq olmaz. Yaxşı əməl sahibi ilə pis əməl sahibi arasında da dostluq olmaz.

Hər kim çirkinliyə yaxın olar, onun bir parçasını özünə yapışdırar.

Həmçinin o kəs ki, pis əməl sahibi ilə həmdəst olar, onun bəzi yollarını öyrənər.

Hər kim mübahisə etməyi sevər – söyüş eşidər.

Hər kim pis yerlərə daxil olar – məhkum olar.

Hər kim pis dostla yoldaşlıq edər – sağlam qalmaz.

Hər kim dilinə hakim olmaz – peşman olar.

Ey oğlum! Yüz nəfərlə dost ol, ancaq bir nəfərlə belə, düşmən olma.

Ey oğlum! Sən varsan və əxlaqın vardır. Sənin bəhrən – dinindəndir.

Əxlaqın səninlə insanlar arasındadır. Ona görə də onlara kin bəsləmə və gözəl əxlaqı öyrən.

Ey oğlum! Yaxşı insanların nökəri ol, ancaq pis insanların övladı olma!

Ey oğlum! Əmanəti əda et ki, dünyan və axirətin sağlam qalsın. Əmin ol, çünki Allah xəyanətkarları sevmir.

Ey oğlum! Özünü insanlara elə göstərmə ki, Allahdan qorxursan. Halbuki, qəlbin günahkar haldadır””.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031