İmam Əlidən (ə) dəyərli nəsihətlər
Mьəllif: admin1
Tarix: 2-08-2018, 09:39
İmam Əlidən (ə) dəyərli nəsihətlər
İmam Əlini (ə) dünyada insanlara sevdirən xüsusiyyətlərindən biri də, O həzrətin buyurduğu sözlərdən və nəsihətlərdən hər kəsin (hansı dinə mənsub olmağından asılı olmayaraq) həyatının hər bir sahəsində istifadə edə bilməsidir.

İmam Əlinin ən gözəl nəsihətlərindən biri də, oğlu İmam Həsən (ə)-a verdiyi nəsihətdir ki, İmam Əli(ə) oğluna 8 nəsihət verir, amma onları iki yerə ayıraraq buyurur ki, bəzisi fərdi həyata bəzisi isə başqalarıyla ünsiyyət qurmaq üçün lazımdır.

Bu nəsihətlər yalnız İmam Həsənə (ə) aid deyil, eyni zamanda bəhrələnmək istəyən hər kəs üçündür, bu səbəbdən İmam Əlinin övladına olan nəsihətini siz dəyərli oxuculara təqdim edirik:

“Əziz oğlum, məndən dörd nəsihəti hər zaman yadda saxla ki, onların vasitəsi ilə həyatda gördüyün heç bir işdən sənə zərər gəlməsin.”

1.Ən dəyərli sərvət:
“İnsan üçün var dövlətin ən dəyərlisi ağıldır.( Ağıl və düşüncəylə həyata keçirilən hər bir iş insan üçün dünya və axirət xöşbəxtliyi bəxş edər.)”


2.Ən böyük yoxsulluq:
“Ən böyük yoxsulluq ağılsızlıqdır.( Ağılsızlıq və düşüncəsizlik hər iki dünyada insanı bədbəxt edər.)”

3.Ən böyük qorxu:
“Ən böyük qorxu özündən razı olmaq və özünü sevməkdir. ( Özündən razı və özünü sevən, insanlarla ünsüyyət qurmaqı bacarmaz və bu səbəbdən insanlar ondan uzaq gəzər, O həmişə özünü qorxu içində hiss edər.)”

4. Ən böyük böyüklük:
“Ən böyük böyüklük xoşxasiyyətlikdir.( Xoşxasiyyət insanı hər kəs sevər və ona hörmət edərlər)”

Davamında İmam Əli (ə) buyurur: “Əziz oğlum bu 4 nəsihət isə insanlarla dostluq münasibəti qurmaq istədiyin zaman diqqətli olmağın üçündür.”

1.Axmaqla dostluq etmək:
Axmaqla dostluq etməkdən çəkin. Çünki o sənə xeyir vermək istəsə də, ziyan vurar.( Axmaq insan xeyir və ziyanı daima səhv salar)

2. Xəsis insanla dostluq etmək:
Xəsis insanla dostluq etmə. ( xəsisliyinə görə) özünə aid olan və özünün ehtiyacı olduğu bir şeyi səndən əsirgəyər)

3.Pis əməl sahibi ilə dostluq:
Pis əməl sahibi olan insanlarla dostluq etmə. O səni çox dəyərsiz bir şey qarşısında asanlıqla satar.

4.Yalan danışanla dostluq:
Çox yalan danışan insanla dostluq etməkdən çəkin. (Yalan danışan insan öz hədəflərini həyata keçirmək üçün, hər bir yalanı sənə asanlıqla deməyə hazırdır.)
Mənbə: Nəcül-Bəlağə 37-ci hikmət.

İslammektebi.org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930