Loğman Həkimdən 58 məsləhət
Mьəllif: admin1
Tarix: 7-12-2017, 20:34
Loğman Həkimdən 58 məsləhət
Loğman Həkimin oğluna nəsihətlərinə diqqət edək. Deyir:
“Oğlum! Dünya dərin dənizdir ki, çox sayda insan onda həlak olmuşdur. Ondakı əməllərdən azuqə götür və gəmi al ki, müsafirləri Allah bəndələri olsun. Sonra gəmiyə min və dənizin dərinliyinə get ki, nicat tapasan. Mən nigaranam ki, nicat tapmayasan.

Oğlum! (Nicat) gəmisi – imandır. Yelkəni təvəkküldür. Sakinləri səbir əhlidir, kürəkləri oruc, namaz və zəkatdır.

Oğlum! Hər kim gəmi olmadan dənizə daxil olar, qərq olar.

Oğlum! Sözü az danış və Allah Təalanı hər yerdə yada sal. Çünki O, səni qorxudub, agah edib və öyrədibdir.

Oğlum! İnsanlardan nəsihət al, sən insanların nəsihət mənbəyi olmazdan əvvəl. Oğlum! Kiçik (hadisələrdən) nəsihət al, böyük hadisələr sənə daxil olmazdan əvvəl.

Oğlum! Qəzəblənən zaman özünü cilovla ki, cəhənnəmin odunu olmayasan.

Oğlum! Yoxsulluq, zülm etməkdən və itaətsizlik etməkdən daha yaxşıdır.

Oğlum! Borc almaqdan və onu verən zaman xəyanət etməkdən çəkin.

Oğlum! Kimisə xar etməkdən çəkin, çünki özün də xar olarsan.

Oğlum! Allah Təala insanları əməllərinə görə girov götürmüşdür. Ona görə də əl və qəlblərinin əldə etdiklərinə görə vay olsun onlara.

Oğlum! Dünyanı o halda ki, günah və şeytan onda olar, təhlükəsiz sanma.

Oğlum! Keçmiş yaxşı əməl sahibləri hər an imtahana məruz qalıblar. Bəs ondan necə nicat tapıblar?

Oğlum! Dünyanı öz zindanın qərar ver ki, axirətdə behişt sənin olsun.

Oğlum! O zaman ki, əkərsən, biçərsən. O zaman ki, əməl edərsən, əldə edərsən.

Oğlum! Padşahlarla qonşu olma ki, səni öldürərlər. Onlara itaət etmə ki, kafir olarsan.

Oğlum! Yoxsullarla qonşu ol, xüsusilə də kasıb və çarəsiz müsəlmanlarla.

Oğlum! Yetim üçün mehriban ata, dul qadın üçün ürəyi yanan həyat yoldaşı ol.

Oğlum! Belə deyildir ki, hər kim desə məni bağışla, bağışlanar. Ancaq o kəs bağışlanar ki, Allah Təalaya itaət edər.

Oğlum! (Əvvəl) qonşu, sonra ev.

Oğlum! (Əvvəl) rəfiq, sonra yol.

Oğlum! Əgər evi arabanın üstündə tiksəydilər, heç kəs pis qonşu ilə qonşu olmazdı.

Oğlum! Tənhalıq pis rəfiqdən daha yaxşıdır. Oğlum! Yaxşı əməl sahibi olan rəfiq, tənhalıqdan daha yaxşıdır.

Oğlum! Daşla dəmirin yerini dəyişməsi, pis yol yoldaşından daha yaxşıdır.

Oğlum! Mən daşla dəmirin yerini dəyişdirdim, ancaq pis yol yoldaşından ağırını tapmadım.

Oğlum! Hər kim pis yol yoldaşı ilə rəfiqlik edər, sağlam qalmaz. Hər kim pis məkanlara daxil olar – ittiham olar.

Oğlum! Hər kim dilini saxlamaz, peşman olar.

Oğlum! Böyüklərlə məsləhətləş, kiçiklərlə məsləhət etməkdən həya etmə.

Oğlum! Fasiqlərlə dost olmaqdan çəkin. Onlar it kimidirlər, əgər yanında bir şey tapsalar, onu yeyərlər. Əks halda məzəmmət edərlər və səni rüsvay edərlər. Dostluq onlar üçün bir anlıqdır.

Oğlum! Möminlə düşmənçilik etmək, fasiqlə dost olmaqdan daha yaxşıdır. Möminə zülm etsən, o zülmü sənə rəva bilməz. Ona ziyan vurmaq istəsən də, o, səndən razı olar. Ancaq (fasiq) Allaha riayət etməz, necə sənə riayət etsin ki?

Oğlum! Dostlarının sayını artır, düşmənlərindən amanda olma. Çünki sinələrindəki kin, kül altında olan su kimidir.

Oğlum! İnsanlarla danışmazdan əvvəl salam ver və əl ver.

Oğlum! İnsanlara elə təzyiq göstərmə ki, səninlə düşmənçilik etsinlər. (Çox da) asanlıq etmə ki, səni xar etsinlər. Elə şirin olma ki, səni yesinlər. Elə acı da olma ki, səni uzağa atsınlar.

Oğlum! Allahın elmi barəsində mübahisə etmə. Çünki Allahın elmi dərk edilməz və sayı yoxdur.

Oğlum! Allahdan elə qorx ki, rəhmətindən ümidsiz olmayasan. Allaha elə ümid bəslə ki, məkrindən amanda olmayasan.

Oğlum! Nəfsini istəklərdən saxla. Çünki əgər nəfsini istəklərdən saxlamasan, behiştə daxil olmazsan və onu görməzsən.

Oğlum! Sən ananın rəhmindən çıxan gündən axirətə üz tutub, dünyadan üz çevirmisən. Ona görə də gələcəyə çatmağın, keçmişə qayıtmağından daha yaxşıdır.

Oğlum! Təkəbbür və lovğalıqdan çəkin ki, (bu sifətlərlə) İblislə (lən) qonşu olarsan.

Oğlum! Bil ki, hər kim İblislə (lən) qonşu olar, həqir və kəramətsiz bir yerdə yerləşər ki, orada nə ölər, nə də yaşayar.

Oğlum! Vay olsun o kəsə ki, təkəbbür edər. Özünü necə böyük hesab edər ki, gildən xəlq olmuşdur?! Gilə də geri qayıdacaqdır.

Oğlum! Adəm övladı necə yatar, o halda ki, ölüm onun ardıncadır? Necə qəflət edər, o halda ki, ondan qəflət edilməz?

Oğlum! Sirrini həyat yoldaşının yanında ifşa etmə və evinin qapısında əyləşmə.

Oğlum! Həqiqətən qadın, əyri qabırğadan xəlq edilmişdir ki, əgər onu düzəltmək istəsən sınar. Əgər boş buraxmaq istəsən əyri qalar. Onları evində saxla. Əgər yaxşılıq etsələr yaxşılıqlarını qəbul et. Əgər pislik etsələr, səbirli ol.

Oğlum! Qadınlar dörd dəstədirlər: iki dəstəsi salehdir, iki dəstəsi məlun. Saleh olan iki dəstədən biri o qadındır ki, öz qövmü arasında şərafətli və böyükdür. Öz yanında aram və ramdırlar. Elə qadındır ki, əgər ona bir şey versən, təşəkkür edər. Əgər giriftar olarsa, səbir edər.
Saleh olan o biri qadın isə çox mehribandır. Həyat yoldaşı ilə həmişə yaxşı rəftar edər. O, qövmünü böyüklərinə mehriban ana kimi məhəbbət edər. Azyaşlılara qarşı ürəyi yanar. Ərinin övladını sevər, baxmayaraq ki, başqa qadından olsa belə. Ona görə də o, qırmızı qızıl kimidir. Xoş olsun o kəsin halına ki, bu cür qadın ruzisi olmuşdur. Əgər ərinin yanında olsa, ona yardım edər. Əgər ondan uzaqda olsa (abrını və malını) qoruyar.
Məlun qadınlardan biri o qadındır ki, özünün yanında böyük, qövmün yanında aram və ramdır. Əgər ona əta olarsa, qəzəblənər. Əgər ondan mən edilərsə, qəzəblənər. Ona görə də əri onun əlindən giriftardır və qonşuları onun əlindən əziyyət çəkirlər. O, şir kimidir. Əgər yaxınlaşsan, səni yeyər. Əgər qaçsan, səni öldürər.
İkinci məlun qadın o qadındır ki, ərinin yanında olsa da, meyli qonşudadır. Ona görə də tez qəzəblənər və tez ağlayar. Əgər ərinin yanında olarsa, ona fayda verməz. Əgər ondan uzaq olarsa, onu rüsvay edər. Şor torpaq kimidir ki, əgər su versən, su yuxarı qalxar (içinə çəkməz). Torpaq onda qərq olar. Əgər boş buraxsan, susuzlayar. Əgər ondan övladın olsa, ondan bəhrə aparmazsan.

Oğlum! Sənə pislik edənə yaxşılıq et.

Oğlum! Yetimin malını yemə ki, Qiyamət günü rüsvay olarsan və onu geri qaytarmağa vəzifələnərsən.

Oğlum! Cəhənnəm bütün aləmləri əhatə edəcəkdir. Heç kəs ondan nicat tapa bilməyəcəkdir. O kəsdən başqa ki, Allah ona rəhm edər və onu özünə yaxınlaşdırar.

Oğlum! Pis söz danışan səni aldatmasın. Çünki (Qiyamət günü) qəlbi möhürlənər. Ancaq əzaları danışar və ziyanına şəhadət verər.

Oğlum! İnsanları təhqir etmə ki, bu halda sən öz ata və ananı təhqir etmiş olarsan.

Oğlum! Yaxşılqıların səni məğrur etməsin, yaxşı əməllərinə görə özünü böyük hesab etmə ki, həlak olarsan.

Oğlum! Namaz qıl, əmr-be-məruf və nəhy-əz-munkər et. Sənə çatan xoşagəlməzlərə görə səbir et. Çünki səbir etmək – böyük və mühüm işlərdəndir.

Oğlum! Allaha şərik qoşma, çünki şirk – böyük zülmdür.

Oğlum! Sənə çatan hər gün – təzə bir gündür ki, Bağışlayan Allah yanında sənin ziyanına şəhadət verəcəkdir.

Oğlum! Sən kəfənə büküləcək və qəbirdə yerləşərək, bütün əməllərini görəcəksən.

Oğlum! O şey ki, sənə aiddir, riayət et. O şey ki, sənə aid deyildir – özündən uzaqlaşdır. Çünki onun azı sənə bəsdir, çoxu sənə aid deyildir.

Oğlum! Gözünü o şey ki, sənin malın deyildir – ona bağla. Səma mələkutu, yer, dağlar, Allahın məxluqları barəsində çox düşün ki, bu, qəlbinin nəsihəti üçün kifayətdir.

Oğlum! Mehriban və ürəyi yanan atanın nəsihətini qəbul et!

Oğlum! Əcəlin gəlib çatmazdan əvvəl, dağlar təkan yeməzdən əvvəl, Günəş və Ay toplanmazdan əvvəl sən elminin sayəsində (yaxşı işlər görmək üçün) tələs.

Oğlum! O zaman ki, səma yarılar və bükülər, mələklər (Allahdan) qorxan halda sıra ilə yerə enərlər, sən vəzifələnərsən ki, Siratdan keçəsən və bu halda əməllərini müşahidə edəsən. Tərəzi bərpa olar və əməl dəftərin açılar”.

Allah Təala bizləri bu nəsihətləri dərk edənlərdən qərar versin!

Hazırladı: Məşhədi Xanım
Deyerler.org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930