İmam-cümə, Hacı Rasim Həzrəti Loğmanın (ə) oğluna nəsihəti haqqında danışdı (Foto)
Mьəllif: admin1
Tarix: 12-08-2016, 23:39
İmam-cümə, Hacı Rasim Həzrəti Loğmanın (ə) oğluna nəsihəti haqqında danışdı (Foto)
Ahlibeyt.ge xəbər verir ki, bu gün Marneuli İmam Əli (ə) məscidində Əhli-Beyt (ə) Cəmiyyətinin sədri, imam-cümə, Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılındı.

Hər zaman olduğu kimi İmam-cümə, cümə namazından əvvəl əxlaqi və ictimai olmaq üzrə iki xütbə söylədi.

İmam cümə Allaha həmd-səna, Peyğəmbər (s) və Əhli-Beyt (ə)-a salam və salavatdan sonra bir daha özünü və möminləri İlahi təqvaya dəvət etdi.

İmam-cümə birinci xütbəsində, Həzrəti Loğmanın (ə) oğluna nəsihəti haqqında danışdı.

İmam cümə Hacı Rasim buyurdu: Həzrəti Loğman (ə) nəsihətində öz oğluna buyurur oğlum mən 400 yüz peyğəmbər görmüşəm və onlardan 4-min hikmətli kəlam öyrənmişəm onların içindən 40-nı seçmişəm sənə onların 8-ni deyirəm.

- 2 şeyi unut.
- 2 şeyi heç bir zaman unutma.
- 4 şeyi isə qoru və saxla.

Unutmağın lazım olan 2 şey bunlardır: a) bir kəsə etdiyin yaxşılıqları unut. b) camaatın sənə etdikləri pislikləridə yadından çıxart.

Bu 2 şeyidə heç bir zaman unutma: a) Allahın hüzurunda olduğnu b) ölümüdə unutma.

4 şeyi ki,var onları qoruyub saxlamalısan: 1. Dilini qoru-dünya və axirətin üçün faydalı sözləri danış.
2. Sufrə başında mədəni haramdan qoru. 3.Gözünü qoru (haram baxışlardan). 4.Namazda qəlbini qoru.


İmam-Cümə hacı Rasim Məmmədov ikinci xütbəsində İmam Rza (ə)-ın ziyarətinin fəziləti haqqında danışdı.

İmam cümə qeyd etdi ki, İmam Kazim (ə) İmam Rza (ə)-ın ziyarətinin savabını üç mərhələdə bəyan edib:

1. 70 qəbul olunmuş həcc savabı var oğlum Rza (ə) üçün.

2. Hər kəs oğlum Rza(ə)-ı ziyarət edə bir gecədə onun qəbrinin kənarında qala elə bil ərşdə Allahın məqamını ziyarət edib.

3. Qiyamətdə Allahın ərşi bərpa olanda onun yanında 8 nəfər olar 4-ü qədimlərdən Həzrəti Nuh (ə), Həzrəti İbrahim (ə), Həzrəti Musa (ə) və Həzrəti İsa (ə).

4-ü sonrakılardan Həzrəti Muhəmməd (s), Həzrəti Əli (ə), Həzrəti Həsən (ə) və Həzrəti Hüseyn (ə).

Bununda bir sirri var İmamları ziyarət edənlər, onlarla oturacaqlar amma dərəcə baxımından onların ən üstünü oğlum İmam Rza (ə) ziyarət edənlərdi.


İmam-cümə, Hacı Rasim Həzrəti Loğmanın (ə) oğluna nəsihəti haqqında danışdı (Foto)
İmam-cümə, Hacı Rasim Həzrəti Loğmanın (ə) oğluna nəsihəti haqqında danışdı (Foto)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930