Ali Dini Rəhbər: “Əsl düşmənimiz Amerikadır”
Müəllif: Admin
Tarix: 14-03-2019, 19:56
Ali Dini Rəhbər: “Əsl düşmənimiz Amerikadır”
İranın Xübrəqan Ekspertlər Məclisinin üzvləri Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei ilə görüşüblər.

Deyerler.org Mehrə istinadən xəbər verir ki, görüşdə Xübrəqan Ekspertlər Məclisinin üzvlərinə müraciət edən Ali Dini Rəhbər, belə deyib: “Əgər İranın regiondakı vəziyyət və mövcudluğunun əhəmiyyəti və düşmənlərin regionda bizdən qorxmasından xəbərdar olmasaq, fərqli düşünə bilərik.

Günümüzdə İran İslam Respublikasının bölgədəki mövcudluğuna dair yanlış və həqiqətdən uzaq fikirləri irəli sürənlər əslində düşmənin planlarına kömək edirlər.

Amerikalılar və avropalıların sərgilədiyi davranışları çox yaxşı bilirik. Nüvə müqaviləsi məsələsində amerikalıların öhdəliklərini yerinə yetirməməsi gözlərimizin önündədir. Amerikalılar qarşısında keçmişdəki təcrübələrdən istifadə edilməlidir”.

“Bizim əsl düşmənimiz Amerikadır və düşmənimizi tanımaqda səhv etməyəcəyik”, - deyən Ali Dini Rəhbər, Amerika və İsrail rejiminin İran millətinə qarşı açdığı müharibədə bütün imkanlarını istifadə etdiklərini bildirərək, sözlərinə belə davam edib: “Əgər biz öz gücümüz və imkanlarımızdan istifadə etsək, Amerika tarixin ən böyük məğlubiyyətilə qarşılaşacaq”.
Oxşar xəbərlər
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031