Ali dini rəhbər sanksiya barədə: “İranın qorxacağı bir şey yoxdur”
Mьəllif: admin1
Tarix: 9-08-2018, 21:38
Bцlmə: Xəbərlər
Ali dini rəhbər sanksiya barədə: “İranın qorxacağı bir şey yoxdur”
İranın xaricdə mədəni sahədə fəaliyyət göstərən bir qrup fəalı ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei ilə görüşüblər.

Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, ali dini rəhbərin əsərlərini nəşr etdirmə və qoruma ofisi tərəfindən verilən məlumata əsasən, bu görüşdə iştirak edən fəallardan biri açıqlamasında, xaricdə İslam inqilabı könüllülərinin gələcək üçün narahat olduqlarını çatdırıb.

Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei də, İranın qorxacağı bir şeyin olmadığını söyləyərək, sanksiyalardan əziyyət çəkməyəcəklərini deyib.

“Bizimlə bağlı olaraq qətiyyən təşvişə ehtiyac yoxdur. Heç kim, heç nə edə bilməz. Bundan əmin olun və bu həqiqəti hər kəs könül rahatlığı ilə desin”, - deyə ali dini rəhbər, sanksiyalardan əziyyət çəkməyəcəklərini söyləyib.

Xatırladaq ki, ABŞ-ın prezidenti Donald Tramp İrana qarşı sanksiyaları yenidən tətbiq etmiş, müttəfiq ölkələrdən İrandan nefti almamağı tələb etmişdi.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930