Ali dini rəhbər: “Qərb "cinsi bərabərlik"şüarı ilə əslində qadını istismar edir”
Mьəllif: admin1
Tarix: 8-03-2018, 21:36
Bцlmə: Xəbərlər
Ali dini rəhbər: “Qərb "cinsi bərabərlik"şüarı ilə əslində qadını istismar edir”
Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei dünya və axirət xanımlarının seyyidəsi Həzrət Fatimeyi-Zəhranın (s.ə) mübarək mövludu münasibətilə martın 8-i Əhli-Beyt (ə) şairləri və söz ustadları ilə görüşüb.

Deyerler.org Mehrə istinadən xəbər verir ki, görüşdə “Qadınlar günü” münasibətilə çıxış edən ali dini rəhbər, İslamın təqdim etdiyi qadına işarə edərək, qadınların İslamda bütöv bir model və çərçivəyə malik olduğunu deyib: “Müsəlman bir qadın, iman və namusa malikdir. İnsanın təhsilində mühüm rol oynayan müsəlman qadınlar cəmiyyətə yaxşı təsir edirlər. Bununla yanaşı, elmi və mənəvi inkişafda böyük töhfələri olan qadınlar ailənin bünövrəsini təşkil edir”.

Ali dini rəhbər çıxışının davamında deyib: “Bunun əksinə, tarixdə (qadınlarla bağlı) hər zaman azğın bir model formalaşdırılmışdır. Müasir dünyadakı azğın model isə, qərbli qadın modelidir. Bunların xüsusiyyətləri söhbətdə qeyd etdiyim müsəlman qadınların xüsusiyyətlərinin tam əksidir”.

Qərblilərin apardığı “İctimai cinsiyyət bərabərliyi” layihəsini sərt şəkildə tənqid edən ali dini rəhbər, bunların boş sözlərlə görüntüdən ibarət olduğunu və həqiqəti əks etdirmədiyini söyləyib.

Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei 40 il ərzində İrana qarşı aparılan müxtəlif təxribatlara baxmayaraq, ölkənin Allahın verdiyi dəstəklər sayəsində irəliləyişə nail olduğunu bildirib: “İranın düşmənləri bir neçə ay əvvəl beyin mərkəzlərində bir yerə yığışaraq, İslami nizamı mart ayında devirmək üçün “plan” hazırladılar. Lakin yanvar və fevral aylarında xalqımızın onlara necə reaksiya verdiyini gördünüz. İran millətinin hər vaxt hər cür hücuma hazırlığı var”.

Qərb rəsmilərinin İranın bölgədəki mövcudluğuna dair irəli sürdüyü iddiara da reaksiya verən ali dini rəhbər belə deyib: “ABŞ hər yerdə hakimiyyətini çirkin bir şəkildə davam etdirib, İranın bölgədəki mövcudluğu haqqında şübhələr yaratdığı bir vəziyyətdə, bölgədəki mövcudluğumuzla bağlı məgər ABŞ-dan icazə almalıyıq? Biz bu məsələdə bölgədəki dövlətlərlə danışmalıyıq, yoxsa sizlərlə? Amerikada olmaq istədiyimiz vaxt sizinlə danışacağıq!”

İranın bölgədəki mövcudluğuna dair Tehranla müzakirələrin başladılmalı olduğunu bildirən bəzi Qərb rəsmilərinə reaksiya verən Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei, onlara bu cür müraciət edib: “Bu məsələnin sizinlə nə əlaqəsi var? Bu ərazi bizə, yoxsa sizlərə aiddir? Bölgəmizdə nə edirsiniz? Bölgənin xalqları ilə bir yerdəyik, birləşib qərarlı və qətiyyətlə irəliləməyə davam edəcəyik. Bütün vətəndaşlarımız bu cür siyasi problemlərdən xəbərdar olmalıdır”.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930