Ali dini rəhbər: “Düşmənlərin məqsədi ümidsizlik və bədgümanlıq yaratmaqdır”
Mьəllif: admin1
Tarix: 6-09-2018, 21:02
Bцlmə: Xəbərlər
Ali dini rəhbər: “Düşmənlərin məqsədi ümidsizlik və bədgümanlıq yaratmaqdır”
İranın Xübrəqan Ekspertlər Məclisinin sədri və üzvləri sentyabrın 6-sı səhər saatlarında Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei tərəfindən qəbul edilib.

Deyerler.org Mehrə istinadən xəbər verir ki, görüşdə ölkədəki problemləri qiymətləndirən ali dini rəhbər, müzakirələr və mübarizə yolu ilə işlərin düzəldilməsinin mümkün olmadığını qeyd edərək belə danışıb: “Cihad ruhiyyəli idarəçilik fəaliyyətlərinin qanuni yollarla rəsmilər tərəfindən icra olunması lazımdır”.

Mövcud vəziyyətdə xalq ilə elitanın ən mühüm vəzifələrinə toxunan Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei, xalqın dövlət qurumları ilə birlikdə hərəkət etməli olduğunu və ümidsizlik mühiti yaratmaqdan uzaq dayanmalı olduğunu bildirib:

“Bədxahlar iqtisadi müharibə ilə paralel olaraq, media müharibəsi və qara PR fəaliyyətlərini də gündəmə gətirmişdir. Bu səbəbdən yönəldilən iradlar yaxşı niyyət ilə düzəltmək məqsədli olmalıdır”.

Milli birlik və həmrəyliyin vacibliyinə işarə edən ali dini rəhbər, sözlərini belə davam etdirib: “Bu gün çox həssas bir nöqtədəyik, amma bu düşmənin sayı və ya artdığı gücünə görə deyil. Çünki düşmənlər İslam inqilabının qələbəsindən etibarən düşmənçilik rəftarını davam etdirir.

Bu vəziyyətin həssaslığı İranın yeni ideyalar ortaya qoyaraq, 40 il ərzində imperializm və hökmran rejiminin əksinə hərəkət etməsindən qaynaqlanır. İndiki halda fərqli şərtlər ortaya çıxa bilər. Bu səbəblə hər hansı bir vəziyyətin qarşısında müvafiq tədbir və həssaslıqla addım atılmalıdır.

Bu gün İslam nizamı bir müharibə palatası tərəfindən formalaşdırılan və diqqətlə aparılan geniş iqtisadi müharibə ilə təkbətək qalmışdır. Lakin bu müharibə ilə yanaşı, çox vaxt nəzərə alınmayan böyük bir media müharibəsi də mövcuddur.

Malik olduğumuz məlumata görə Amerika və sionist kəşfiyyat qurumları bölgədəki Qarun dövlətlərinin təmin etdiyi maliyyə dəstəyi ilə bu media müharibəsi üçün böyük miqyasda peşəkar bir təşkilat qurmuş və İran cəmiyyətinə pis istiqamətdə təsir etmək məqsədilə ciddi bir formada planlaşdırma etmişdir.

Bu media müharibəsinin ən mühüm hədəfləri təşviş yaratmaq, ümidsizliyə salmaq, narahatçılıq hissi yaratmaq, bədgümanlığı yayıb insanları bir-biri və dövlət qurumlarından soyutmaq, eləcə də xalqın zehnində iqtisadi problemləri böyük göstərməkdir.

Ölkədə həyata keçirilən müsbət fəaliyyətlərin etibarlılığının itməsi və düşmənin yalanlarının inandırıcı olması kimi bir vəziyyət olmamalıdır, çünki bu çox təhlükəli bir haldır.

Hökumətin və digər dövlət qurumlarının müsbət və mənfi cəhətləri görülməlidir. Yaxşı təcrübə ilə mənfi cəhətlər birlikdə dilə gətirildiyi vaxt vətəndaşlar yaxşı şeylərin də edildiyini görəcəklər.


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031