Xristian dinində şərabın hökmü necədir?
Mьəllif: admin1
Tarix: 22-03-2022, 11:38
Xristian dinində şərabın hökmü necədir?
Şərab içmək hələ Həzrət Adəmin (ə) zamanından haram buyurulmuşdur. Mömin insanlar həmişə ondan çəkinmiş və başqalarına da qadağan etmişdilər.

İslam dinində də şərab içmək haramdır. Bəs xristian dinində şərabın hökmü necədir?

İndiki xristianlar şərab içməyi caiz bilirlər. Ancaq dinin əsil formasında şərab haram olmuşdur. Allah Təala öz dinini ağıl üzərindən nazil etmişdir. Ancaq şərab ağlı xarab edir.

O zaman ki, insanın ağlı xarab olar – hər bir cinayəti etməyə qadir olar. Bu isə Allah dininə uyğun gəlmir. Ona görə də qətiyyən demək olmaz ki, xristian dinində şərab içmək caizdir.

Şərabın bütün dinlərə haram olması ilə bağlı hədislərdə oxuyuruq ki, adətən Allah bir hökmü verən zaman onu cəmiyyətdə tədrici həyata keçirərdi. Eləcə də şərabın haram olmasını.

Şərab ümumiyyətlə haramdır. Ancaq onu insanlara birbaşa demək – onlarda əks reaksiya yarada bildiyi üçün Allah onu tədrici olaraq haram buyurmuşdur. Çünki əks halda zəif insanlar dindən xaric ola bilərdilər.

Hədislərimiz şərabı həmişə tənqid etmiş və onun ziyanlarından danışmışdılar. Hədislərin birində oxuyuruq: “Şərab içmək hər bir şərin açarıdır”.

İmam Baqir (ə) buyurur: “Allaha şərab kimi heç bir günahla günah edilməmişdir. Şərabxor vacib namazları tərk edər”.

İmam Rza (ə) buyurur: “Allah elə bir peyğəmbər məbus etməmişdir, məgər şərabın haramlığı ilə”. Yəni, elə bir peyğəmbər məbus olmamışdır ki, şərabın haram olduğunu bəyan etməsin.

Buna əsasən deyə bilərik ki, şərab əsil xristian dinində də haram buyurulmuşdur.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031