Həya pərdəsini yırtan günah
Mьəllif: admin1
Tarix: 1-01-2018, 10:26
Həya pərdəsini yırtan günah
İmam Musa ibn Cəfər (ə) və İmam Cavad (ə) spirtli içki içməyi böyük günahlardan sayır. Təbabət elminin tanınmış simaları spirtli içkiləri insan orqanizmi üçün zərərli hesab edirlər. Alkoqolun beyin, mədə ciyər, böyrək və digər daxili orqanlara dağıdıcı təsiri bir çox hallarda faciə ilə nəticələnir. “Butulka şeytan” olduqca təhlükəli və amansız bir düşməndir. Qurani-Kərim məstedici mayeləri, alkoqolu murdar sayır. Alkoqolun bəşəriyyətə vura biləcəyi zərbə nəzərə alınaraq, o, haram buyurulmuşdur. Bu əməldən tövbə etməyən şəxsi ağrılı axirət əzabı gözləyir.

İslam Peyğəmbəri (s) alkoqolla əlaqədar on nəfərə lənət oxumuşdur: şərab məqsədi ilə üzüm əkən, bu bağa bağbanlıq edən, meyvəni bu məqsədlə sıxıb suyunu çıxaran, onu içən, onu məclisə paylayan, onu bir yerdən başqa yerə daşıyan, onu təhvil götürən, onu satan, onu alan, onun qazancını yeyən. Şərab içən şəxs Qiyamət günü Məhşər səhnəsinə üzü qara, ağzı əyri, dili çıxmış, susuz halda gətirilər. Ona zinakarların çirki ilə dolmuş quyudan içirərlər. (“Vəsailüş-şiə”, c.25.)

Həzrət Əlidən (ə) soruşurlar: “Siz buyurmusunuz ki, şərab oğurluq və zinadan pisdir?” Həzrət (ə) buyurur: “Bəli, demişəm.Çünki zinakar növbəti günaha getməyə də bilər. Amma şərab içən şəxs zina da edər, adam da öldürər, namazı da atar.” (“Kafi”, 1-403.)

İslam Peyğəmbəri (s) buyurur: “Allah mənim dilimlə şərabı haram elan etdikdən sonra şərab içən şəxs elçiliyə gəldikdə ona müsbət cavab vermək layiq deyil. Şərab içənin şəfaəti qəbul olunmaz, dedikləri təsdiq edilməz. Ona əmanət tapşırmaq olmaz. Şərab içənə əmanət tapşıran kəsə Allah tərəfindən zəmanət yoxdur.” (“Vəsailüş-şiə”, c.25.)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930