Dinimiz şərabı niyə qadağan etmişdir?
Mьəllif: admin1
Tarix: 6-03-2019, 15:49
Dinimiz şərabı niyə qadağan etmişdir?
Əgər bütün İlahi dinlərə nəzər salsaq, görərik ki, Allah şərabı bütün dinlərdə haram elan etmişdir. Elə bir din yoxdur ki, şərabı caiz hesab etsin. İmam Rzadan (ə) gələn hədisdə oxuyuruq: “Allah elə bir peyğəmbər məbus etməmişdir, məgər şərabı onun şəriətində haram buyurmasın”.

Ona görə də şərabın haram olmasının ancaq İslam dininə aid olması – yanlış fikirdir.

Dinimiz insanların yalnız xeyrini və səadətini düşünən bir dindir. Bu səbəbdən şərabı haram buyurmuşdur.

Şərabın ziyanları hansılardır?

1. Şərabın fərdi və ictimai ziyanları böyükdür. “Səndən şərab və qumar barəsində soruşurlar, de: «O ikisində (onlara mürtəkib olmaqda) böyük günah və insanlar üçün (maddi) mənfəətlər vardır və onların günahı mənfəətlərindən böyükdür». Həmçinin səndən nə xərcləmələrini soruşurlar. De: «(Sizə) müyəssər olanı». Allah öz ayələrini sizə bu cür açıqlayır ki, bəlkə düşünəsiniz”.

Şərab elə bir məstedicidir ki, insanın həm cisminə və həm də ruhuna təsir edir. Bu təsirləri o qədər dəhşətlidir ki, zərrz qədər də insanı adekva durumdan şıxarır və onun üçün qadağa sərhədlərini tədricən yumşaldır – tam aradan aparmağa qədərt. Şərab insanı cinayətə qədər belə, sürükləyə bilir.

2. İnsan sağlamlığına və ömür müddətinə mənfi təsir edir. Alimlərin apardıqları tədqiqatlar göstərmişdir ki, şərabın insanın sağlamlığına və ümumilikdə ömrünə çox böyük mənfi təsiri vardır. Alkohollu işkilər demək olar ki, bütün həyati əhəmiyyətə malik olan orqanlara – beyindən tutmuş, ürəyə, qaraciyərə, mədəyə, qana qədər – sarsıdıcı zərbə vuraraq, insanın ağır xəstəliklərə mübtəla olmasına və nəticədə, xeyli əvvəl ölməsinə səbəb olur.

3. Şərab insanın nəslinə aşkar mənfi təsir qoyur. Tədqiqatlar göstərmişdir ki, şərab içən olan insandan dünyaya gələn körpələr, dünyaya daha zəif gələrlər. Cismi naqisliklər və ruhi gerilik kimi mənfi təsirlər – onların nütfəsində geniş yayılan hallardandır. Ən pisi budur ki, alkohol düşkünü olan insanın zədələnmiş genləri, bir neçə gələcək nəsilə də mənfi təsirini saxlayır.

4. Şərab insanın əxlaqına təsir qoyar. Şərab aludəçisi olan insanda məhəbbət və sevgi hissləri zəifləyər və əksinə – kobudluq və qəddarlıq kimi hisslər güclənər. Ona görə də bu kimi insanlar öz ailə üzvlərini döyməkdən, bəzən hətta ağır xəsarət yetirməkdən çəkinməzlər.

5. İntiharın sayını artırar. Şərab xəstəsi olan insan özündə olmadığı və içkidən məst olduğu üçün, həm başqalarına və həm də özünə cismi xəsarətlər yetirməyə qadir olar. Bu kimi insanlar arasında intihar hallarının artması da müşahidə olunur.

Bu ziyanları saymaqla bitməz. Ona görə deyə bilərik ki, dinimiz kamil bir din olaraq, insanın kamala çatmasına mane olan və deqradasiyasına səbəb olan hər bir əməli qadağan etmişdir. Şərab içmək də o əməllərdən böyüyüdür.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930