Şərabxor insan, gələcək nəslinə də ziyan vurar
Mьəllif: admin1
Tarix: 27-04-2022, 23:09
Şərabxor insan, gələcək nəslinə də ziyan vurar
Şərab – həm insanın özünə mənfi təsirlər qoyar, həm də nəslinə və gələcək nəslinə təsirlər qoyar. Ona görə də dinimiz şərab içən insanlarla ailə qurmağı kəskin şəkildə pisləmişdir.

Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim öz qızını şərab içənə ərə verərsə, ona bənzəyir ki, onu zina və iffətsizlik yoluna sövq etmişdir”.

İmam Sadiq (ə) buyurur: “Hər kim qızını şərab içənə verərsə, bu əməllə onun rəhmətini kəsmiş olar”.

Alimlər öz tədqiqatları nəticəsində bu qənaətə gəlmişlər ki, şərab insan nütfəsinin bir çox hissələrinə dağıdıcı təsirlər qoyar və gen yaddaşına ziyanlı təsirlər edər. O cümlədən: inkişafında məhdudiyyətlər yaradar, beynində nöqsana səbəb olar, ürəyində nöqsana səbəb olar, görmə qabiliyyətini zəiflədər və sair.

Ən pisi isə odur ki, şərab gələcək nəsillərə də öz təsirini ötürər və onların da inkişafına dağıdıcı təsirlər qoyar.

Bu barədə aparılan beynəlxalq tədqiqatda belə nəticəyə gəlmişdilər: “Şərab içmək nəinki beynin inkişafı üçün ziyanlıdır, bəlkə gələcək nəslin də beyin fəaliyyətinə təhlükəli təsirlər qoyur.

O uşağın ki, valideyni şərab içir, istər-istəməz bu uşağın beynində naqisliklər olar, tez stressə düşər və depressiyada olar. Şərab genlərə təsir qoyar və ona görə də onun dağıdıcı təsirini gələcək nəsillər üçün aradan qaldırmaq mümkünsüzdür. O kəslər ki, şərab içir – nəinki öz beyninə, əslində övladlarının və gələcək nəsillərinin də beyninə dağıdıcı təsirlər qoyur”.

Beləliklə, nəzərə almaq lazımdır ki, şərab həm insanın özünə və həm də gələcək nəsillərinə mənfi təsirlər qoyar.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930