Daima qılınc təhlükəsi altında olmasına baxmayaraq, İmam Hadi (ə) hər zaman mübarək fəaliyyətini davam etdirirdi
Mьəllif: admin1
Tarix: 13-03-2019, 20:19
Daima qılınc təhlükəsi altında olmasına baxmayaraq, İmam Hadi (ə) hər zaman mübarək fəaliyyətini davam etdirirdi
Ali dini Rəhbər Həzrət İmam Hadi (ə) haqqında buyurur: “Bu böyük İmamın Məsum İmamların (ə) məqam və fəzilətlərinə dair gözəl kəlamları vardır.

“Kəbirə” ziyarəti – məhz bu dahi insandan gəlib çatmışdır. Qədir-Xum günündə Əmirəl-möminin (ə) ziyarəti də Həzrət Hadiyyun-Nəqi (ə) tərəfindən bəyan edilmişdir”.

İmam Hadi (ə) 42 il ömür sürmüşdür və və onun 20 ilini Samirra şəhərində yaşamışdır. İmamın (ə) əkin yeri var idi. Orada işləyir və həyat ehtiyaclarını təmin edirdi.

Samirra şəhəri əslində hərbi düşərgəyə bənzəyirdi. O şəhəri lənətlik xəlifə Mötəsim inşa etmişdi ki, müxtəlif diyarlardan gətirdiyi işçiləri orada saxlayırdı. Bu işçilərin çoxu təzə İslama gəlmiş insanlar idilər.

Onlar nə möminləri tanıyır və nə də Məsum İmamların (ə) kim olduğunu bilirdilər. Ona görə də ərəblərlə daim münaqişə vəziyyətində idilər və ümumiyyətlə, insanlar üçün çətinliklər yaradırdılar.

Bu şəhərdə az bir kütlə Əhli-Beyt (ə) davamçısı var idi. İmam Hadi (ə) bu şəhərə gətiriləndən sonra onlarla rabitə yaradır və onların işlərinin islahı ilə məşğul olur. Onların vasitəsilə dünyanın hər yerində olan Əhli-Beyt (ə) davamçılarına müraciətlərini göndərir.

Bu insanlar Mədinəyə, Yəmənə, Quma, Xorasana, Reyə və başqa uzaq diyarlara İmamın (ə) müraciətlərini çatdırırdılar. Günü-gündən bu insanların say artmağa başladı, iman dərəcəsi gücləndi.

İmam Hadi (ə) bütün bu işləri gizli şəkildə görməyə məcbur olurdu.

Hədisdə oxuyuruq ki, Əhli-Beyt (ə) davamçıları İmam Hadinin (ə) şəhadəti münasibətilə Samirrada toplaşırlar. Amma xəlifənin məmurları onların heç birini tanımırdı.

Əgər tanısaydı, onların hamısını məhv edərdi. Lakin bu insanların güclü iradəsi və möhkəm imanı var idi. Xəlifə onları heç cür ələ keçirdə bilmirdi.

Öz qısa və bərəkətli ömrü boyu İmam Hadi (ə) çox böyük işlər həyata keçirtmişdir. Hərbi nəzarət altında və daima qılınc təhlükəsi altında olmasına baxmayaraq, İlahi risalətin izahını insanlara çatdırmağı bacarmış və özündən sonra şagirdlər və səhabələr qoyub getmişdir.

Xəlifə elə düşünürdü ki, İmamı (ə) tam nəzarətdə saxlayır. Amma İmam Hadi (ə) hər zaman öz fəaliyyətində idi. Gizli olaraq möminlərin suallarını cavablandırmış və onların işlərinin islahı ilə məşğul olmuşdur.

Salam olsun sənə, ey bulud altında nur saçan günəş!




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930