İmam Hadinin (ə) ordusu
Mьəllif: admin1
Tarix: 8-09-2017, 11:12
İmam Hadinin (ə) ordusu
Bir gün Mütəvəkkil öz qüdrətini İmam Hadiyə (ə) göstərmək üçün əmr edir ki, atlıları bir qədər torpaq götürüb müəyyən yerə töksünlər. Nəticədə böyük bir təpə əmələ gəlir.
Mütəvəkkil İmam Hadi (ə) ilə birlikdə bu təpənin yuxarısına çıxırlar.

Mütəvəkkil deyir: “Bilirsinizmi ki, sizi niyə çağırmışam? Ona görə ki, mənim ordumu müşahidə edəsiniz”.

Xəlifənin ordusu xüsusi geyimlərdə silahla təhciz olmuş halda ona salam verdilər. Xəlifə bu əməli ona görə edirdi ki, onun vasitəsilə öz müxaliflərini qorxutmaq istəyirdi.
Əslində Mütəvəkkil İmam Hadidən (ə) və onun qohumlarından qorxurdu ki, birdən qiyam edərlər.

İmam Hadi (ə) xəlifənin ordusunu müşahidə etdikdən sonra buyurur: “Mən də öz ordumu sənə göstərmək istəyirəm”.

İmam (ə) mübarək əllərini göyə qaldırdı və dua etdi. Bu zaman xəlifə gördü ki, şərqdən tutmuş qərbə qədər göyü mələklər əhatə etdilər. Bulud kimi göyün üzərini tutdular. Qorxusundan yerə yıxıldı və özündən getdi.

Özünə gələndə, Həzrət (ə) ona buyurdu: “Biz dünyada sizi (özümüzə) təslim etmirik, axirət mövzuları ilə məşğuluq.
Xəyal etdiyin şeylərə görə nigaran olma və qorxma, bu dünyada sənin üçün rahatsızlıq yoxdur”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930