Vəhşi heyvanlar Zəhra (s.ə) balalarına yaxın düşmürlər
Mьəllif: admin1
Tarix: 6-04-2021, 10:52
Vəhşi heyvanlar Zəhra (s.ə) balalarına yaxın düşmürlər
Qətəb Ravəndi nəql edir: “Mütəvəkkilin zamanında bir qadın iddia edir ki, guya o, Həzrət Fatimənin (s.ə) qızı Həzrət Zeynəbdir (s.ə). Mütəvəkkil deyir: “Zeynəbin zamanından indiyə qədər çox vaxt keçmişdir. Sən cavansan”.

Həmin qadın deyir: “Peyğəmbər (s) mənim başıma əlini çəkmişdir və dua etmişdir ki, hər 40 ildən bir cavanlığım geri qayıtsın”.

Mütəvəkkil də Ali-Əbutalibi, Qureyşi çağırır və onlar da deyirlər ki, bu qadın yalan deyir. Həmin qadın deyir: “Onlar yalan deyirlər, mən gizlənmişdim. Heç kəs mənim halımdan xəbərdar deyildi, indi də zahir olmuşam”.

Mütəvəkkil də and içir ki, onun bu yersiz iddiasını mütləq batil edəcəkdir. O, İmam Hadini (ə) dəvət edir və olanları ona danışır. İmam (ə) buyurur: “O, qadın yalan deyir, Zeynəb (s.ə) filan ildə vəfat etmişdir”.

Xəlifə deyir: “Bu sözün yanlış olmasına dair dəlil gətirin”.

İmam (ə) buyurur: “Bu sözün yalan olmasına dəlil odur ki, Fatimə (s.ə) övladlarının əti vəhşi heyvanlara haramdır. Onu şirlər olan yerə göndərin. Əgər düz deyirsə, gərək şirlər onu yeməsin”.

Mütəvəkkil həmin qadın deyir: “Nə deyirsən?”.

Qadın deyir: “Məni bu səbəblə öldürmək istəyirsən”.

Həzrət (ə) buyurur: “Bu insanlar – Fatimə (s.ə) övladlarıdır. Hər kimi istəyirsənsə göndər və bu mövzu sənə məlum olsun”.

Bu zaman hamının üzü dəyişir. Bəziləri deyir: “Niyə özü getmir, başqalarının getməyini istəyir”.

Xəlifə deyir: “Siz özünüz vəhşi heyvanların yanına gedin”.

Nərdivan gətirdilər və İmam (ə) vəhşi heyvanlar olan yerə endi və onların arasında əyləşdi. Şirlər İmamın (ə) xidmətinə gəldilər və İmamın (ə) qarşısında üzlərini yerə qoydular. İmam (ə) da əlini onların başına çəkdi və əmr etdi ki, kənara çəkilsinlər.

Xəlifənin vəziri deyir: “Bu iş savab üzündən deyildir, İmamı tez geri çağırın ki, insanlar onun bu möcüzəsini müşahidə etməsinlər”.

Elə ki, nərvidanı gətirdilər ki, İmam (ə) yuxarı qalxsın, heyvanlar gəldilər və özlərini İmamın (ə) libasına sürtməyə başladılar.

İmam (ə) da onlara geri qayıtmaqlarını əmr etdi və onlar geri qayıtdılar.

İmam (ə) yuxarı qalxdı və buyurdu: “Hər kim Fatimə (s.ə) övladı olduğunu güman edirsə, bu yerə daxil olsun”.

Qadın dedi: “Mən yanlış iddia etdim, mən filankəsin qızıyam. Yoxsul olduğum üçün bu iddianı irəli sürmüşəm”.

Xəlifə dedi: “Onu şirlərin yanına atın”.

Xəlifənin anası onun üçün xahiş edir və o, da qızı bağışlayır”



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031