İmam Əli əl-Nəqi (ə) viladəti günü münasibəti ilə Əhli-Beyt (ə) Cəmiyyətinin təbrik bəyanətı
Mьəllif: admin1
Tarix: 15-07-2022, 10:16
İmam Əli əl-Nəqi (ə) viladəti günü münasibəti ilə Əhli-Beyt (ə) Cəmiyyətinin təbrik bəyanətı
Ahlibeyt.ge xəbər verir ki, bu gün şiələrin 10-cu imamı və əziz islam Peyğəmbərinin (s) pak nəvələrindən Həzrət İmam Əli əl-Nəqinin (ə) səadətli təvəllüd günüdür.

Bu təvəllüd münasibəti ilə "Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti" və həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən "Əhli-beyt (ə) Aşiqləri Forumu" və "Zeynəb (s.ə) Qadınlar Birliyi" başda İmam Zaman (ə.f) olmaqla, dünya Əhli-beyt (ə) aşiqlərini təbrik edir.


Şiələrin 10-cu imamı 212-ci hicri qəməri ili Mədinə şəhəri yaxınlığında dünyaya gəlib və əziz atası İmam Cavadın (ə) təlimləri ilə böyüyüb. Atasının şəhid olmasından sonra imamət və islam ictimaiyyətinə rəhbərliyi üzərinə götürüb.

İmam Əli əl-Nəqinin məşhur ləqəblərindən, Hadi hidayət edən mənasındadır. İmam Hadi (ə) əsil islamın parlaq simasını tanıtdırmaq istiqamətində çox çalışıb.

Şiələrin 10-cu imamı əqidə, fikir və ya ictimai məsələlər barədə çoxlu iclaslar təşkil edir və bu iclaslarda irəli sürülən sual və şübhələri cavablandırırdı.

Elm və ədəb üzrə tanınmış şəxsiyyətlərdən çoxu İmam Əli əl-Nəqinin (ə) ətrafına toplaşar və o həzrətin sonsuz elm dəryasından faydalanardı.

Bir tərəfdən İmam Hadinin böyük elm və biliyi, digər tərəfdən isə insanlar arasında sevilməsi, həmişə Abbasi hakimlərinin bu parlaq cavahirə kin-kürdurətini artırırdı. Belə ki, məkrli planla o həzrəti şəhid etdilər.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930