Ananın bu xüsusi duası ilə, oğlu dərhal xəlifənin zindanından çıxdı
Mьəllif: admin1
Tarix: 12-03-2019, 08:30
Ananın bu xüsusi duası ilə, oğlu dərhal xəlifənin zindanından çıxdı
Rəcəb ayında yerinə yetirilən məşhur əməllərdən biri də “Ümmi-Davud” əməlidir.

Hədis kitabında oxuyuruq ki, İraqda mərifət əhlindən olan bir cavan Mənsurun (lən) əli ilə zindana atılır və uzun zaman orada həbs altında olur.

Bu şəxsin adı Davud idi. Anası övladının ayrılığına tab gətirə bilmirdi. Bir gün İmam Sadiqin (ə) yanına gedir və oğlunun başına gələnləri ona danışır. Həzrətdən (ə) çarə istəyir.

İmam (ə) ona buyurur: “Bilirsənmi ki, bu ay – Rəcəb ayıdır. Dua bu ayda tez yerinə yetər. O şeyi ki, deyirəm – dəqiq yerinə yetir ki, oğlun zindandan azad olsun.

Birincisi Rəcəb ayının 13, 14, 15-ci günlərini oruc tut. 15-ci günü zöhr zamanı qüsl al və 8 rükət vacib namazını yerinə yetir...”.

Sonra anaya xüsusi namazı başa salır.

Elə ki, ana həmin namazı qılır, tez bir müddət sonra oğlunu azad edirlər.

Namazın keyfiyyəti belədir ki, xəlvət yerdə zöhr və əsr namazlarını qıldıqdan sonra, üzü qibləyə dayanıb, “Həmd”i (“Fatihə”ni) - 100 dəfə, “İxlas”ı - 100 dəfə, 10 dəfə “Ayətül-kürsü”nü oxuyursan və sonra “Ənam”, “Bəni-İsrayil”, “Kəhf”,“Loğman”, “Yasin”, “Saffat”, “Fussilət”, “Şura”, “Duxan”, “Fəth”, “Vaqiə”, “Mülk”, “Nun”, “İnşiqaq” surələrini və Quranı axıra qədər oxuyursan.

Bunlar bitəndən sonra üzü qibləyə dayanıb, xüsusi duanı oxuyursan. Həmin dua ki, o gündən sonra “Ümmi-Davud” duası adı altında məşhur olmuşdur. Həmin dua “Məfatih” kitabında ətraflı şəkildə bəyan edilmişdir.

Əməli yerinə yetirəndən sonra Ümmi Davud İmamın (ə) yanına gedir və salam verdikdən sonra, oğlu haqqındakı xəbərləri Həzrətə (ə) çatdırır.

İmam Sadiq (ə) buyurur: “Mənsur yuxularının birində cəddim Əmirəl-möminini (ə) görmüşdür ki, ona xəbərdarlıq edirdi:“Bacardığın qədər tez bir zamanda oğlum Davudu azad et, əks halda səni atəşə atacağam”. Mənsur da qarşısında atəşi görən zaman, Davudu azad etmələrini əmr edir”.
(İslami saytlara istinadən)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930