Rəcəb - ümmətin istiğfar ayı
Mьəllif: admin1
Tarix: 27-01-2023, 22:18
Rəcəb - ümmətin istiğfar ayı

Allahın ayıdır. Çox bərəkətli aydır. Bu ayda çoxlu əməllər zikr edilmişdir. Gərək özümüzü bu zülal suda yuyaq ki, pak olaq.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Rəcəb ayının bir gününü oruc tutarsa, Allahın razılığına səbəb olar. İlahi qəzəb ondan uzaq olar. Cəhənnəmin qapıları üzünə bağlanar”.

Mübarək Rəcəb və Şəban ayının əməlləri bizi Ramazan ayına hazırlayar. Həzrət Peyğəmbər (s) buyurur: “Rəcəb ayı, ümmətimin istiğfar ayıdır. Ona görə də bu ayda çoxlu bağışlanma diləyin ki, Allah bağışlayan və mehribandır”.

Rəcəb ayının ilk cümə gecəsi leylətul-rəğayibdir. Bu gecədə mələklər göydən yerə enər. Bu gecənin xüsusi əməlləri vardır ki, Həzrət Peyğəmbərdən (s) bizə çatmışdır.

Bu ayın cümə axşamı günü oruc tutular. Cümə gecəsi olan zaman məğrib və işa namazları arasında 12 rükətli namaz qılınar. Hər iki rükətdən sonra bir salam verilər.

Hər rükətdə bir dəfə “Həmd”, üç dəfə “Qədr” və on iki dəfə “Tövhid” surəsi oxunar. 12 rükət sona çatan zaman 70 dəfə salavat deyilər.

Sonra səcdəyə gedib 70 dəfə “Subbuhun, Quddusun, Rabbul-məlaikəti vər-ruh” deyilər.

Səcdədən qalxandan sonra 70 dəfə bu zikr deyilər: “Rabbiğfir vərhəm və təcəvəz əmmə tə’ləmu innəkə Əntəl-Əliyyul-Ə’zəm”.

Sonra yenə səcdəyə gedin 70 dəfə “Subbuhun, Quddusun, Rəbbul-mələikəti vər-ruh” deyilər. Allahdan sonra hacətini istəyirsən və inşaallah ki, qəbul olar.

Həzrət Peyğəmbər (ə) bu namazın fəzilətində buyurur: “O kəs ki, bu namazı qılar, qəbrin ilk gecəsində Allah Təala bu namazın savabını ən gözəl simada və parıldayan üzlə və gözəl dillə ona tərəf göndərər.

O, həmin şəxsə deyər: “Ey mənim həbibim! Sənə müjdə olsun ki, hər bir şiddət və çətinlikdən nicat tapdın”.

Meyyit soruşar ki, sən kimsən? Allaha and olsun ki, mən səndən gözəl simalını görməmişəm. Sənin kəlamından şirinini eşitməmişəm. Sənin iyindən gözəliyini iyləməmişəm.

Həmin gözəl üzlü deyər: “Mən filan gecə qıldığın filan namazın savabıyam. İndi sənin yanına gəlmişəm ki, haqqını əda edəm.

Sənin tənhalığının munisi olam. Qoxunu səndən alam və sur çalınan və Qiyamət bərpa olan zaman mənə sənə kölgə salacağam”.


(Deyerler.org)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930