Rəcəb ayının 15-ci gününün məxsus əməlləri
Mьəllif: admin1
Tarix: 5-02-2023, 22:53
Rəcəb ayının 15-ci gününün məxsus əməlləri
1. Oruc tutmaq;
2. Qüsl etmək;
3. İmam Hüseyni (ə) (yaxından və yaxud uzaqdan) ziyarət etmək;

4. Salman Farsinin namazını qılmaq: bu namaz (iki-iki) on rükətdir. Hər rükətdə “Həmd” surəsini oxuduqdan sonra üç dəfə “İxlas” və üç dəfə “Kafirun” surələri oxunsun və hər salamdan sonra əllər göyə qaldırılıb deyilsin:

Lə ilahə illəllahu vəhdəhu la şərikə ləh, ləhul mulku və ləhul həmd, yuhyi və yumit, və huvə həyyun la yəmut, bəyədihil xəyru və huvə əla kulli şəy`in qadir.

“Allahdan başqa heç bir tanrı yoxdur. O birdir və şəriksizdir. Mülk (səltənət, hakimiyyət) və həmd yalnız Ona məxsusdur. Dirildir və öldürür. Heç vaxt ölməyən diri (varlıq) Odur. Xeyir yalnız Onun əlindədir və O, hər bir şeyə qadirdir.”

Sonra deyilsin:

Əllahummə la maniə lima ə`təytə, və la mu`tiə lima mənə`tə, və la yənfəu zəl-cəddi minkəl cədd.

“İlahi, əta etməyinə heç bir maneə yoxdur, əta edən bir şəxs də yoxdur ki, Sən ona mane olasan və çalışan şəxsin çalışqanlığı onu Səndən ehtiyacsız etməz!”
Sonra əllər üzə çəkilsin.

5. “Ümmü-Davud” duasını oxumaq bu günün əsas əməllərindən say‎ılı‎r. Bu dua hacətlərin rəva olunması, çətinliklərin aradan qald‎ırı‎lmas‎ı və zalımların zülmündən amanda qalmaq üçün təsirlidir.

Kəfəmi “Misbah” kitabında yazı‎r: “Rəcəb ayının 13, 14 və 15-ci günlərini oruc tutduqdan sonra 15-ci gün günorta namazı‎na yaxı‎n qüsl et, günorta və ikindi namazlarından‎ sonra üzü qibləyə “Həmd” surəsini yüz dəfə, “İxlas” surəsini yüz dəfə, ”Ayətül-kürsi”ni on dəfə oxuduqdan sonra üzü qibləyə Ummü-Davud duas‎ını‎ oxuyursan.

Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, Rəcəb ayının fəzilət və əməlləri bölümü. /
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930