Günahların bağışlanması üçün Həzrət Peyğəmbərin (s) hədiyyə etdiyi namaz
Mьəllif: admin1
Tarix: 1-07-2019, 10:29
Günahların bağışlanması üçün Həzrət Peyğəmbərin (s) hədiyyə etdiyi namaz
Nəql edilir ki, Cəfər, Xeybərin fəth günündə Həbəşədən Mədinəyə gəlir.

Həzrət Peyğəmbər (s) onu qarşılamağa gedir və alnından öpür. Sonra üzünü insanlara çevirib buyurur: "Bilmirəm bu ikisindən hansına sevinim: Xeybərin fəthinə, yoxsa əmim oğlu Cəfərin qayıtmasına”.

Sonra Peyğəmbər (s) ona bu namazı öyrədir və buyurur: "Əgər bacarsan, bu namazı hər gün, əgər bacarmasan hər həftə, əgər bacarmasan hər ay, əgər bacarmasan hər il və əgər bacarmasan ömründə bir dəfə qıl. Əgər bu namazı qılsan, Allah böyük və kiçik, qədim və yeni, bilərəkdən olan və səhvən olan günahlarını bağışlayar”.

Yəqin ki, söhbətin hansı namazdan getdiyini təxmin etmisiniz. Peyğəmbər (s) əmisi oğlu Cəfərə hal-hazırda "Cəfər Təyyar namazı” adı ilə məşhur olan namazı öyrədir ki, günahların bağışlanmasına səbəb olur.

İmam Kazım (ə) buyurur: "Hər kim Cəfər namazını qılar, əgər günahları səhranın çınqıl daşları və ya dənizin köpükləri qədər olsa belə, Allah onların hamısını bağışlayar”.

Cəfər Təyyar namazı dörd rükətli namazdır ki, iki rükət-iki rükət qılınır. Onu qılmağın ən yaxşı zamanı cümə gününün zöhr zamanıdır. Lakin başqa zamanlarda da qılmaq olar. Bu namazın qılmaq yolu belədir.

Birinci rükətdə Təkbirətul-ehramdan sonra "Həmd” surəsi və "Zəlzələ” surəsi oxunar və sonra 15 dəfə təsbihati-ərbəə ("Subhanəllahi vəlhəmdu lilləhi və lə iləhə illəllahu vəllahu əkbər") deyilər.

Sonra rükuya gedib həmin zikri 10 dəfə deyirsən və başını rükudan qaldırıb qiyamda bu zikri 10 dəfə deyirsən. Səcdəyə gedib bu zikri 10 dəfə deyirsən. Başını səcdədən qaldırıb əyləşən halda onu 10 dəfə deyirsən. Sonra ikinci səcdəyə gedib onu yenə 10 dəfə deyirsən.

Başını səcdədən qaldırıb əyləşən halda onu 10 dəfə deyirsən. Ayağa qalxıb ikinci rükətə başlayırsan. Bu rükətdə "Həmd”dən sonra "Adiyat” surəsini oxuyursan və ardınca 15 dəfə təsbihati-ərbəəni deyirsən.

Qunutu tutandan sonra rükuya gedib, bu zikri 10 dəfə deyirsən. Başını qaldırıb qiyamda yenə 10 dəfə deyirsən. Səcdələri birinci rükətdə olduğu kimi yerinə yetirirsən. Təşəhhüd və salamları verib birinci namazı bitirirsən. Sonra ikinci namazın Təkbirətul-ehramını deyirsən.

Birinci rükətdə "Həmd”dən sonra "Nəsr” surəsini, ikinci rükətdə "Həmd”dən sonra "Tövhid” surəsini oxuyursan. Birinci namazda olduğu kimi həmin zikrləri deyirsən. Sonra təşəhhüd və salam verib namazı bitirirsən. Hər bir dörd rükətdə "Həmd”dən sonra "Tövhid” surəsini də oxumaq olar.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930