Qırx dəfə Quran oxumaq savabına malik olan fəzilətli namaz
Mьəllif: admin1
Tarix: 6-05-2022, 23:32
Qırx dəfə Quran oxumaq savabına malik olan fəzilətli namaz
"Biharul-ənvar" kitabının 89-cu cildində İmam Cəfər Sadiq (ə)-dan nəql olunmuşdur ki, buyurub: "Hər kəs cümə gününün zöhr çağından qabaq iki rukət namaz qılıb, hər rukətdə "həmd" surəsindən sonra altımış dəfə "İxlas" surəsini oxuduqdan sonra rukuda üç və ya yeddi dəfə "Subhanə Rəbbiyəl-əzimi və bihəmdih" zikrini deyərək və habelə səcdələrdə zikirləri dedikdən sonra bu duanı oxusun:

"Səcədə ləkə səvadi və xəyali və amənə bikə fuadi və əbuu iləykə vətərifu ləkə biz-zənbil-əzimi əmiltu suən və zələmtu nəfsi fəğfirli zunubi fəinnəhu la yəğfiruz-zunubə illa ənt.

Əuzu biəfvikə min uqubətikə və əuzu birəhmətikə min nəqimətikə və əuzu birizakə min səxətikə və əuzu bikə minkə la əbluğu midhətəkə və la uhsi nimətəkə vələs-sənaə və ələykə əntə kəma əsnəytə əla nəfsikə və əmiltu suən və zələmtu nəfsi fəğfirli zunubi innəhu la yəğfiruz-zunubə illa ənt." Belə bir şəxs qırx dəfə Quran oxumuş şəxsin savabına nail olar.

Səlatul-Muztər (çıxılmaz vəziyyətə düşən insanın) namazı

"Töhvətul-məhdəviyyə" kitabında hacətlər üçün bir salam ilə dörd rukət yazılmışdır. Birinci rukətdə "Həmd" surəsindən sonra iyirmi beş dəfə "Ufəvvizu əmri iləllahi innəllahə bəsirun bil-ibad",

ikinci rukətdə "Həmd" surəsindən sonra iyirmi beş dəfə "La ilahə illa əntə subhanəkə inni kuntu minəz-zalimin. Fəstəcəbna ləhu və nəccəynahu minəl-ğəmmi və kəzalikə nuncil-muminin."

Üçüncü rukətdə "Həmd" surəsindən sonra iyirmi beş dəfə "Həsbiyəllahu və niməl-vəkil" və dördüncü rukətdə isə "Həmd" surəsindən sonra iyirmi beş dəfə "La həvlə və la quvvətə illa billahil-əliyyil-əzim" sözlərini desin. Həmçinin namazdan sonra iyirmi beş dəfə salavat göndərərək öz hacətini Allah təaladan istəsin.

Dəfələrlə təcrübə olunmuş hacət namazı

Bunun üçün ehtiyac vaxtında iki rukət namaz qılmaq lazımdır. Belə ki, birinci rukətdə "Həmd" surəsindən sonra "İnna fətəhna" surəsini "Nəsrən əziza" əyəsinədək, ikinci rukətdə isə "Həmd" surəsindən sonra "İnşirah" surəsini sonadək oxumaq və daha sonra öz hacətini Allahdan istəməlidir."

Ayrı bir hacət namazı

Bunun üçün iki rukət namaz qılıb, Həzrət Fatimə (s.ə)-nın təsbihini desin. Və daha sonra səcdəyə gedərək iki yüz iyirmi dəfə "Və zən-nuni iz zəhəbə muğazibən..." ayəsini ozuyub, səcdə halında öz hacətini Allahdan istəsin.
ixlas.az

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930