Rəcəb – bəndə ilə Allah arasında olan kəndirdir
Müəllif: Admin
Tarix: 9-03-2019, 21:35
Rəcəb – bəndə ilə Allah arasında olan kəndirdir
Mübarək Rəcəb ayı da təşrif gətirdi və bizi 3 müqəddəs aya daxil etdi. O aylara ki, Allahın bəndələrinə xüsusi inayəti və nəzəri vardır.

O aya ki, bəndələr günahlarından paklanar və Allaha yaxınlaşmağa çalışar. Bəziləri bacarar, bəziləri isə şeytanın (lən) yolu ilə getməyə davam edərlər.

Həzrət Peyğəmbər (ə) buyurur: “Allah yeddinci səmada bir mələk qərar vermişdir və adı Carçıdır. O zaman ki, Rəcəb ayı daxil olar, o mələk ki, yeddinci səmadadır, Rəcəb ayının hər gecəsindən səhərinə qədər car çəkər: “Ey insanlar! Bilirsinizmi ki, Allah bu gecədə nə deyər?

“Mən o kəsin yoldaşıyam ki, Mənimlə əyləşər.

Mən o kəsə itaət edərəm ki, Mənə itaət edər.

Hər nə istəsən – sənə verərəm.

Hər kim, Məndən bağışlanma istəyər – onu bağışlayaram.

Bu ay – Mənim ayımdır.

Rəcəb ayı – Allahın ayıdır.

Bəndə də Mənim bəndəmdir.

Rəhmət – Mənim rəhmətimdir.

Hər kim bu ayda Məni çağırar – Mən cavabını verərəm.

Hər kim bu ayda Məndən nəyisə istəsə - ona əta edərəm.

Hər kim Məndən hidayət olmasını istəyər – onu hidayət edərəm.

Mən bu ayı Özümlə bəndəm arasında kəndir qərar vermişəm””.

Ona görə də, ey Allah bəndəsi olmaq istəyən kəs! Bu ayın qədrini bil. Bu ayın fəzilət və bərəkətindən bacardığın qədər çox bəhrələnən.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30