Allah Təala: Məni bu ayda çağıran hər kəsə cavab verərəm
Mьəllif: admin1
Tarix: 10-04-2017, 19:25
Allah Təala: Məni bu ayda çağıran hər kəsə cavab verərəm
Rəsuli-əkrəm (s) Rəcəb ayının əhəmiyyəti barədə buyurur:
"Allah yeddinci səmada "dai" adlı mələk qərar veribdir ki, Rəcəb ayı yetişdikdə bu mələk hər gecənin əvvəlindən sübhə kimi belə nida edər: "Xoş Allaha itaət edən və Allahı yad edən hər kəsin halına".
Allah-təala buyurur: Mənlə söhbət edənlə mən də həmsöhbət olaram. Mənə itaət edənə mən də itaət edərəm (istəklərini yerinə yetirərəm). Məndən bağışlanmaq diləyəni, bağışlayaram. Ay mənim ayım, bəndə mənim bəndəm, rəhmət isə mənim rəhmətimdir. Məni bu ayda çağıran hər kəsə cavab verər və istədiyi hər şeyi ona əta edərəm. Məndən yol istəyənə yol göstərərəm. Bu ayı bənd (ip) kimi qərar vermişəm ki, hər kəs ondan tutsa mənə yetişəcək” (“Mustədrəkul-vəsail və mustənbitul-məsail”, c. 7, səh. 535.)

(islamazeri.az)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930