Allah-taala cəmi iki şeyi Özünə nisbət vermişdir: Rəcəb ayını və orucu
Mьəllif: admin1
Tarix: 29-01-2023, 12:13
Allah-taala cəmi iki şeyi Özünə nisbət vermişdir: Rəcəb ayını və orucu

O zaman ki, Kərim Allah Rəcəb ayını Öz ayı adlandırdı və orucun əcrini də Özü verəcəyini buyurdu – təbiidir ki, bu ayda oruc tutmağın nə qədər əhəmiyyətli olduğu bəlli oldu.

Dini mənbələri mütaliə edərkən, başa düşürük ki, Allah Təala cəmi iki şeyi Özünə nisbət vermişdir: Rəcəb ayını və orucu.

Həzrət Peyğəmbər (s) buyurur: “Rəcəb – Allahın əziz ayıdır ki, onda rəhmət yağışı bəndələrinin başına və üstünə yağar”.

Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Allah buyurur: “Oruc Məndəndir və Mən özüm onun mükafatını verəcəyəm””.

Həzrət Peyğəmbər (s) Rəcəb ayının orucu barəsində buyurur: “Hər kim bu ayda bir gün oruc tutarsa, Əzəmətli Allahın razılığını qazanar. İlahi qəzəb ondan uzaqlaşar. Cəhənnəmin qapıları üzünə bağlanar”.

Həzrət Peyğəmbəri-Əkrəm (s) başqa yerdə buyurur: “Əgər Rəcəb ayının oruc tutanına yerin ölçüsündə qızıl versələr, orucundan üstün olmayacaqdır. Bu orucun mükafatı heç bir dünya əcri ilə kamil olmaz”.

Bu ayın son günlərində 3 gün oruc tutmağı qənimət bilin.

Belə ki, hər kim bu ayın son günlərinin birində oruc tutarsa, Allah can verməyin çətinliyindəni və ölümdən sonrakı qorxudan və qəbir əzabından ona aman verər.

Hər kim bu ayın son iki gününü oruc tutarsa, Siratdan rahat keçər. Hər kim bu ayın son 3 gününü oruc tutarsa, Qiyamət günün böyük dəhşətindən və həmin günün çətinliklərindən amanda olar. Ona cəhənnəm atəşindən azadlıq əta olunar.

Bu ayın hər bir zamanında oruc tutmağın xüsusi əhəmiyyəti vardır. Bu ayın sonlarına yaxınlaşmaqdayıq və Məbəs günü ərəfəsindəyik.

Bu ayda xüsusi əhəmiyyətə malik olan günlərdən biri olan Məbəs günündə oruc tutmağın çox böyük əcrləri vardır – 70 ilin orucunun savabına bərabərdir.

O kəslər ki, bu mübarək ayda oruc tuta bilmirlər, Həzrət Peyğəmbər (s) onlara belə bir tövsiyə verir və buyurur: “Hər kim Rəcəb ayında oruc tutmağa qadir deyildir, əgər hər gün 100 dəfə bu təsbihi desə, Rəcəb ayının orucunun savabına malik olar:

سُبْحانَ الإلهِ الْجَلیلِ، سُبْحانَ مَنْ لا یَنْبَغِى التَّسْبیحُ اِلاَّ لَهُ، سُبْحانَ الاْعَزِّ الاْکْرَمِ، سُبْحانَ مَنْ لَبِسَ الْعِزَّةَ وَهُوَ لَهُ اَهْلٌ»


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930