Xəyanətkar qazi, tacirin əmanətini belə qaytardı
![]() Şəhər qazisinin yanına gedir və deyir: “Mən səfərə çıxmaq istəyirəm. İstəyirəm ki, qızıllarımı sizin yanınızda əmanət qoyam və qayıdan zaman geri alam. Siz qazi olduğunuz üçün sizə etimad edirəm”. Qazi deyir: “Mümkündür. Pulunu o sandığa qoy və get”. O zaman ki, kişi səfərdən geri qayıdır, qazinin yanına gedir və deyir ki, səfərdən qayıtmışam və qızıllarımı götürmək istəyirəm. Qazi əmanətə xəyanət edir və deyir: “Nədən danışırsan? Mən indiyə qədər sənin qızıllarını görməmişəm və harada olduğunu bilmirəm”. Kişi çox narahat olur və şəhər valisinin yanına gedir. Olanları ona danışır. Vali əmanətdar adam olur. Tacirə deyir: “Sabah qazi mənim yanıma gəlməlidir, sən də gəl və söhbət zamanı əmanəti ondan istə”. Sabahı günü qazi valinin yanına gələn zaman, vali ona deyir: “Mən bu ay həccə gedəcəyəm. İstəyirəm ki, şəhərimin işlərini sənə tapşıram. Çünki səndən əminini tanımıram”. Bu zaman əmanət sahibi otağa daxil olur və onlara salam verib, qaziyə deyir: “Ey qazi! Mənim sənin yanında əmanətim vardır. Yanında qoyduğum qızılları mənə qaytar”. Qazi deyir: “Bu, sandığın açarıdır, əmanətini götür və get”. İki gün sonra qazi valinin yanına gəlir ki, əvvəlki mövzu haqqında onunla söhbət etsin. Vali deyir: “Ey qazi! O, öz qızıllarını geri ala bilmirdi, mən öz şəhərimi səndən necə geri alacağam?”. Sonra əmr verir ki, onu işindən kənarlaşdırsınlar. Həzrət Peyğəmbər (s) buyurur: “(İnsanların) namazının, orucunun çoxluğuna nəzər salmayın. Dorğu danışmağına və əmanəti qaytarmağına nəzər salın!”. /Deyerler.org/ Oxşar xəbərlər
|