Qazinin qələminin ucunda cənnət də var, cəhənnəm də
Mьəllif: admin1
Tarix: 16-02-2019, 20:31
Qazinin qələminin ucunda cənnət də var, cəhənnəm də
Bir qayda olaraq, qazinin hökmündən ən azı tərəflərdən biri narazı qalır və onu haqsız hesab edir.

Bu, təbii haldır. Belə ki, elə bürhan, dəlil, iddia demək olar yoxdur ki, hər iki tərəfi də razı salsın. Ancaq hakimin adil olmasına hər iki tərəfin inanması mühüm şərtdir. Bu zaman onun verdiyi qərarlardan narazı olsa belə, qəbul etmək məcburiyyətində qalacaqdır.

Əgər qazi adil qərar verməzsə, yaxşı bilər ki, bu dünyada olmasa da, o biri dünyada verdiyi bu haqsız qərara görə məhkum olunacaq və hesab verəcəkdir. Bu zaman arzu edəcəkdir ki, ey kaş qazi olmayaydım. Çünki axirətdəki məhkəmənin qazisi və hakimi Allah olacaqdır. Onun verdiyi hökm isə əlbəttə ki, adil olacaqdır.

İmam Əli (ə) buyurur: “O Allah ki, dünyadakı əməllərə şahiddir, Qiyamətin də hakimi olacaqdır”.

Rəhmətlik İmam (r) qazi və ya hakimlər barəsində buyurur: “Məhkəmə sistemi elə olmalıdır ki, İlahi əhkama riayət olunsun. Qazilik vəzifəsi Allah Təala tərəfindən olan möhtərəm bir vəzifədir. Həzrət Peyğəmbər (s), Məsum İmamlar (ə) və fəqihlər üçün şəraitləri sübut edilmişdir.

Gizli qalmamışdır ki, bu, şərəfli bir vəzifədir. Həqiqətən də qazi cəhənnəmin dərəsinin ucunda qərar tutar. Qazi heç kəsin təsiri altına düşməməli və azad olmalıdır. Azad mühitdə fəaliyyət göstərməlidir. Hər bir halda qazi müstəqil olub, özü qərarlar verməlidir və tövsiyələrə qulaq verməməlidir. Qazi ancaq Allahı şahid bilməlidir. Bilməlidir ki, əlinə aldığı bu qələm elə bir qələmdir ki, bir müsəlmanın abrını aradan apara bilər. Həmçinin mümkündür ki, haqqa xidmət edər”.

Qazi Allah tərəfindən nəzarətdə olan bir şəxsdir və onun verdiyi hər bir qərar həm başqalarının və həm də özünün dünya və axirətinə təsir edər. Ona görə də hakim və ya qazi öz işində tələsməməlidir. Gördüyü və atdığı hər addımı yaxşı düşünməli və İlahi əhkama uyğun qərarlar verməlidir. Qazinin verdiyi qərarların cəmiyyətə çox böyük təsiri vardır. Cəmiyyəti fasid də edə bilər, adil də.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930