Ayətullah Qazi yoxsula belə kömək edirdi
Mьəllif: admin1
Tarix: 12-03-2023, 10:04
Ayətullah Qazi yoxsula belə kömək edirdi
Tələbələrdən biri nəql edir: “Bir gün tərəvəz dükanına getmişdim və mərhum Qazini gördüm ki, əyilib kahu seçir. Kahuları seçən zaman iri yarpaqlı və kobud olanları seçirdi.

O, kahuların pulunu verib, onları əbasının altında gizlətdi və yoluna davam etdi.

Mən o zamanlar cavan tələbə idim və mərhum Qazi isə yaşlı və ahıl çağına çatmışdı.

Onun ardınca gedib dedim: “Ağa, mənim sualım vardır. Siz niyə hamının əksinə olaraq, kobud yarpaqlı kahuları aldınız?”.

Mərhum Qazi buyurdu: “Ağacan, bu satıcı yoxsul adamdır. Mən də bəzən ona yardım edirəm. İstəmirəm ki, ona əvəzsiz bir şey verəm.

Birincisi, onun izzət və abrını aradan aparar, ikincisi isə Allah eləməsin, adət edər ki, əvəzsiz alsın. Satış işlərində zəifləsin.

Bizim üçün fərqi yoxdur ki, lətif yarpaqları olan kahu alaq, yoxsa kobud və qalın. Mən bilirəm ki, bu kahuları alan olmayacaqdır.

Dükanını bağlayan zaman bu kahuları bayıra tökəcəkdir. Xəsarətin və ziyanın qarşısını almaq üçün bunları satın aldım”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930