Əbləhlərin cavabı susmaqdır
Mьəllif: admin1
Tarix: 20-01-2022, 22:35
Əbləhlərin cavabı susmaqdır

Əbu Əli Sina səfərə çıxmışdı. Şəhərlərin birindən keçəndə qəhvəxanaya dönür. Atını bir ağaca bağlayır, qarşısına bir az saman və yonca tökür. Özü isə qəhvəxanada bir yerdə oturub yemək yeməyə başlayır.

Bu zaman uzunqulağa minmiş bir nəfər də oraya gəlir. O ulağını Əbu Əli Sinanın atının yanında bağlayır ki, onun atının yemindən yesin. Özü də gəlib tanımadığı məşhur alim Əbu Əli Sinanın yanında oturur.

Əbu Əli Sina ona deyir: - Ulağını mənim atımın yanında bağlama. İndi ulağ onun yoncasından yeyəcək və at da təpik atıb sənin ulağının vurub qıçını sındıracaq.

Ulağ sahibi onun sözlərini eşitməməzliyə vurur və əhəmiyyət vermədən yemək yeməyə məşğul olur. Birdən at təpik atıb uzunqulağın qıçını sındırır.

Uzunqulağın sahibi Əbu Əli Sinaya deyir: - Sənin atın mənim ulağımın qıçını sındırdı. Bunun xəsarətini ödəməlisən.

Şeyx sakit qalaraq dinmir və özünü lallığa vuraraq cavab vermir.

Ulağın sahibi Əbu Əli Sinanı qazinin yanına aparır və ondan şikayət edir. Qazi nə baş verdiyini soruşsa da Şeyx özünü lallığa vuraraq cavab vermir. Qazi ulağın sahibinə deyir:

- Bu kişi laldır?

Ulağ sahibi deyir:

- O, lal deyil, özünü lallığa vurub ki, xəsarəti ödəməsin. Bu hadisədən qabaq o mənimlə danışdı.

Qazi onun nə danışdığını soruşur. O deyir:

- O, mənə dedi ki, ulağını mənim atımın yanında bağlama. Çünki at təpik atıb ulağın qıçını sındıracaq.

Qazi, Əbu Əli Sinanın susub danışmamasının səbəbini bilir və onun elmini alqışlayır.

Əbu Əli Sina orada sonradan dillərə düşmüş bu məşhur kəlamı deyir: “Əbləhlərin cavabı susmaqdır”.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930