Günün hədisi: Alimin üstünlüyü
Mьəllif: admin1
Tarix: 23-02-2019, 10:13
Günün hədisi: Alimin üstünlüyü
İmam Sadiq (ə):

فَضْلُ الْفَقِيهِ عَلَي الْعَابِدِ كَفَضْلِ الشَّمْسِ عَلَي الْكَواكِبِ

“Alimin abidə üstünlüyü günəşin ulduzlara üstünlüyü kimidir.”

(“Tuhəful-uqul”, səh.307.)

Qısa izah

Səma ulduzları parlaq olmasına rəğmən, yolun təyin olunmasında kifayət qədər nura malik deyillər. Əksinə, günəşin parlaq şüaları yer kürəsindəki canlılara həyat bəxş etməklə yanaşı, uzaq yolları yaxın yollardan ayırmaqda insanlara yardımçı olur.

Alimlə abidin fərqi günəşin digər parlaq səma cisimlərinə nisbətdəki fərqinə bənzəyir. Abid yalnız öz kilimini sudan çıxarmaq, alim isə bataqlıqda mapalayanlara nicat verməyə çalışır.

Qeyd edək ki, günəş sistemində hərəkət edən bütün planetlər günəşin nurundan bəhrələndiyi kimi, alimin mövcudluğunun da abidin varlığına səbəb olduğunu söyləyə bilərik. Alim olmasa, abid də olmaz.


Maide.az
Oxşar xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031