Allahın nura bənzədilməsi nə kimi mənalar daşıyır?
Mьəllif: admin1
Tarix: 1-02-2019, 22:14
Allahın nura bənzədilməsi nə kimi mənalar daşıyır?
Allahın uca zatı və müqəddəs varlığı hər bir şeydən üstün və yüksəkdir. Biz insanlar Allahı bir şeyə bənzətmək istəsək, daha çox Onu nura bənzədirik. Lakin bu, o demək deyildir ki, Allah nurdan ibarətdir, Allah nəyəsə bənzəməkdən daha üstün və daha yüksəkdir. Sadəcə biz insanlar Allahı zehnimizdə təsəvvür etmək istəyəndə, belə düşünürük.

Qurani-Kərim buyurur: “Allah göylərin və yerin nurudur (onları nurlandıran, onların əhalisini doğru yola yönəldən və onların işlərini idarə edəndir). Onun nurunun (din və kitabının) məsəli içində çox işıqlı bir çıraq olan çıraqqabı kimidir.

Həmin çıraq şüşənin içindədir və o şüşə - ulduz kimi parlaq və nurludur. O çıraq (məkan baxımından) nə (günəşin əsr çağı saçdığı) şərqə, nə də (sübh çağı saçdığı) qərbə məxsus olmayan (əksinə, günəşin həmişə saçdığı bir məkanda olan) çox bərəkətli bir zeytun ağacından (onun yağı ilə) yanır.

Onun yağı hətta ona od toxunmasa belə, (saflıq və şəffaflıqdan) az qalır işıq saçsın. (Yağın, çırağın, şüşənin və çıraqqabının nuru) bir-birinin üstünə yığılmış nurlardır (yəni Allahın nur olması təsəvvür olunmaz dərəcədə yüksəkdir). Allah istədiyini (xüsusi hidayət ilə) Öz nuruna (dininə) tərəf yönəldir.

Allah insanlara misallar çəkir. Allah hər bir şeyi biləndir”. (“Nur” 35).

Allah – o nurdur ki, Öz müqəddəs varlığı ilə hər yeri zülmətdən xilas edir və bir çıraq kimi aydınlandırır. Hər şey Onun vasitəsilə zahir və aşkar olur. Allah – nurun ən kamil nümunəsidir. Hər bir şey Onun vasitəsilə zülmətdən aşkar olar və varlığını zahir edər.

Heç bir şey Allahın nuruna çata bilməz və ya ona tay ola bilməz. Qurani-Kərim bizlərə bu ayə ilə misal çəkir və Allahı təsəvvür etməyimizə yardım edir. Çünki bəşər hər nə qədər çalışsa da, Allahı dərk etməkdən aciz və gücsüzdür.

Bəs nur nədir?

1. Nur – maddə aləmində olan ən gözəl və ən lətif varlıqdır. Bütün gözəlliklər ondan mənbə alır.

2. Nur – maddə aləmində ən yüksək sürətə malik olan varlıqdır ki, alimlər onun sürətinin saniyədə 300 min kilometr olduğunu bəyan edirlər.

3. Nur – varlıq aləmində olan başqa məxluqları müşahidə etməyə yardım edən vasitədir.

4. Günəşin nuru – maddi aləmin ən böyük nuru hesab olunur. O, canlılara istilik və həyat verir. Bitkilər onun sayəsində böyüyür və meyvə verirlər.

5. Bu gün elm isbat etmişdir ki, gördüyümüz bütün rənglər, əslində günəş nurunun təsiri sayəsində olur. Çünki rəngləri zülmətdə görmək olmur.

6. Günəş nuru bütün mikrob və virusları məhv edəndir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930