Qiyamətdə parlaq taca malik olacaq müstəsna insanlar
Mьəllif: admin1
Tarix: 28-12-2018, 09:59
Qiyamətdə parlaq taca malik olacaq müstəsna insanlar
Alim öldükdə aləm ölər. Bu onun hidayətedici vəziyyətinə görədir.

Biharul-ənvarda (cild- 2, səh- 49) Peyğəmbərdən (s) belə bir hədis var: “Ümmətim içərisində iki dəstə var ki, əgər onlar saleh və düzgün olsalar, ümmətimin hamısı əməli saleh olar və əgər fəsad etsələr, ümmətim də fəsada düşər.” Soruşuldu ki, ey Allahın Peyğəmbəri, onlar hansılardır? Buyurdu: “Fəqihlər (din alimləri) və əmirlər (hökümət işçiləri)”.

İmam Baqir (ə) buyurur: “Əgər alimin hüzurunda otursan, danışmaqdan cox eşitmək üçün həris ol, yaxşı danışmağı öyrəndiyin kimi, yaxşı qulaq asmağı da öyrən və heç vaxt danışanın sözünü kəsmə”.

İmam Həsən Əskəri (ə) buyurur: “Bizim şiələrimizin alimləri islam dininin sərhədçiləridir. Bizim ardılcıllarımızdan hər kəs bu vəzifəni öhdəsinə alsa, Rum qoşunları ilə cihada gedən şəxsdən daha fəzilətli olar. Çünki o, bizi sevənlərin din sərhədlərini müdafiə edir”.

Hədislərdə buyurulur ki, alimin əcri, savabı oruc tutan, namaz qılan və Allah yolunda cihad edən şəxsin savabından artıqdır. Bir alim ölən zaman islama elə bir ağır xəsarət dəyir ki, bu xəsarəti yalnız onun öz yerinə qoyduğu xələf cubran edə bilər.

İmam Hüseyn (ə) buyurur: “Həqiqətən müsəlmanların işləri, səmavi hökmlərin icrası ilahi alimlərin əlindədir. Onlar Allahın halal və haram buyurduğu işlərdə əmanətdarlardır”.

Digər bir hədisdə alimlərin qiyamətdə parlaq taca malik olacaqları deyilir. Lakin bu hər bir fəqihə aid deyil. Bu fəqihlər məzlumları müdafiə etməklə digər fəqihlərdən seçilərlər və Allah özü onların başına parlaq tac qoyar.

İmam Hadi (ə) buyurub: “Bizim dost və ardıcıllarımızın yardımına gedən alimlər gələrlər, elə bir halda ki onların başlarına qoyulmuş taclar hər yerə parlaq saçar”.

/islaminsesi\
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930