Alimin sözü ilə benzinsiz hərəkət edən maşın
Mьəllif: admin1
Tarix: 1-02-2019, 10:43
Alimin sözü ilə benzinsiz hərəkət edən maşın

“Bir gün bir kişi Hacı Şeyx Həsənəli İsfahaninin qəbri yanında dayanıb ağlayırdı. Bu alim tanınmış arif və saliklərdən idi. Onun bu qədər göz yaşı tökməsinin səbəbini soruşan zaman, deyir: “Bir gün bu qəbir sahibini türbətlə bir yerdə öz maşınımla şəhərə aparırdım. Yolun ortasında benzin qurtardı və maşın hərəkətdən dayandı.

Mən çarəsiz gərək iki kilometr yolu piyada gedib, oradan keçən maşınlardan benzin istəyərdim.

Alim mənə buyurdu: “Maşını işə sal”.

Dedim: “Benzin qurtarmışdır”.

Yenə həmin sözləri dedi, mən isə benzin olmadığını söylədim.

Çarəsiz maşının sükanı arxasında əyləşdim və maşın möcüzəvi şəkildə işə salındı və hərəkət etməyə başladı.

Alimi evinə apardım və düşən zaman mənə buyurdu: “O zamana qədər ki, benzinin qapağını açmayacaqsan, bu maşının benzinə ehtiyacı olmayacaqdır”.

15 gün bu minvalla maşını sürdüm və 15 gündən sonra vəsvəsə məni düşündürdü ki, bir benzin bakına bax, bəlkə orada benzin vardır? Baxdım ki, bakın içi boşdur və o gündən sonra, dediyi kimi, maşın artıq benzin tökmədən işləmədi”.
(Ayətullah Dəstğeybin dastanlarından)

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930