İbadətin çətinliklərinə dözmək gərək!
Mьəllif: admin1
Tarix: 13-01-2019, 10:17
İbadətin çətinliklərinə dözmək gərək!
Allahpərəstlik yolunda çətinliklər də mövcuddur. İstər xalqı Allah düşüncəsindən çəkindirən tağutlar və zalımlar, istər dindarları masqaraya qoyan dinsizlər, istər insanı ibadətdən çəkindirməyə çalışan nəfs və şeytan, istərsə də maneçilik törədən hər bir amil tərəfindən çətinliklər yaranır.

Yoxsa, İslam Peyğəmbərini (s) namaz zamanı Kəbədə incitmirdilər?!

Yoxsa, mübariz müsəlmanlar allahpərəstlik xatirinə tağut işgəncələri altında can verməyiblər?!

Yoxsa Bilal Həbəşilər kimilərə Allah yolunda şallaq vurulmadı?!

Allah adamları heç bir halda Allaha pərəstişdən və dinin icrasından əl çəkmədilər. Həzrət Zeynəb (ə) gördüyü bütün müsibət və şəhadətlərə baxmayaraq, Kufə və Şama səfər zamanı gecə namazını tərk etmədi. Baxmayaraq ki, halsızlıqdan ayağa qalxa bilmirdi!

Haqq yolun can bahasına keçilən çətinlikləri vardır. Bu yolda düşmənlərdən qorxmaq lazım deyil. Təəssüf ki, bəzən səfər zamanı nə isə almaq, yemək-içmək və ya başqa bir məqsədlə israr edir, avtobusu saxlatdırırıq, amma namazın vaxtı çatdıqda maşını saxlamaq üçün əsla cəhd göstərmirik! (“Namazın sirləri”, Ustad Möhsün Qəraəti, səh.22.)


Maide.az
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930