Ayətullah Behcət namazın sirləri barədə: “O zaman ki, namaz düzələr, insan adam olar”
Mьəllif: admin1
Tarix: 27-06-2019, 23:15
Ayətullah Behcət namazın sirləri barədə: “O zaman ki, namaz düzələr, insan adam olar”
Böyük arif, mərhum ayətullahul-üzma Behcətin mübarək təqdimatında namazın sirləri ilə tanış olaq:

1. Namaz ubudiyyətin böyük nişanələrindəndir ki, orada Haqqa diqqət edilər.

2. Bütün ləzzətlər ruhidir. Onun ən üstün mərtəbəsi – namazdadır.

3. Qürbün mərtəbələri vardır. Onların ən yüksəyi – liqadır. Qürbün hər mərtəbəsinin yaxınlaşdıranı vardır ki, onların ən alisi – namazdır.

4. Namaz – möminin meracıdır. Merac isə liqa və qürb istəyir. Mömin Onunla liqadan sonra Allahdan qeyrisinin sorağına getməz və onun haqqında heç düşünməz belə.

5. Bizim əzəmətimiz yoxdur. Ayaq üstə dayandığımız qədər əzəmətimiz vardır. O zaman ki, rükuya gedərik, yarı olarıq. Sonra da səcdəyə gedib, torpağa geri dönərik.

6. Ola bilsin ki, namazı təkrar etməyin hikməti seyr olsun. Belə ki, hər namaz əvvəlki namazdan daha yaxşı və əvvəlki namaz sonrakı namazın zəminəsi olsun.

7. Bəndənin namazda qiyam etməsi ubudiyyətin bəyanıdır. Səcdə – təvazökarlığın son həddidir.

8. Namazı islah etmək batin və zahiri islah etməyi zəruri edir və həmçinin zahiri və batini münkərlərdən uzaq olmağı. Namazı islah etməyin yollarından biri – namaza başlayan zaman İmam Zaman ağaya (ə.f) ciddi şəkildə təvəssül etməkdir.

9. "Ənkəbut” surəsinin 45-ci ayəsindən belə görünür ki, namaz insanı çirkin və bəyənilməyən işlərdən saxlayar.

10. Qəlb hüzurunun amillərindən biri budur ki, 24 saat ərzində gərək hisslərini kontrol edə biləsən. Qəlb hüzuru əldə etmək üçün gərək müqəddimələri hazır edəsən. Gün ərzində gözünü, qulağını və başqa üzvlərini kontrol edəsən.

11. O namazı ki, cəhənnəm qorxusu ilə qamçı vurularaq qılırıq, övliyalar deyir ki, hər şeydən daha ləzzətlidir.

12. Bu sadə əməl bəzilərini səmaya qaldırar, bəziləri üçün isə heç bir xəbər yoxdur. Bəziləri üçün Əla illiyindir, bəziləri üçün isə məlum deyildir ki, bu məcun şirindir, yoxsa acı.

13. Namaz qılmaq – bunun əhli üçün halva yemək kimidir. Ona görə də namaz qılmaqdan yorulmazlar.

14. İmam Əlinin (ə) kəlamında deyilir ki, bil ki, bütün əməllərin namaza tabedir. Müşahidə etmişəm ki, böyük alimlər namaz vaxtı qəribə olurlar. Sanki o insan namazdan xaric deyildir.

15. İbadətin zövq almaq qabiliyyəti vardır. Ancaq biz ibadəti elə yerinə yetiririk ki, sanki başımızın üstündə şallaq vardır. Sanki çarəsiz qalıb acı dərman içirik.

16. Namazın əsl meyarı odur ki, ən ali zikrdir. Ən şirin zikrdir. Ən üstün zikrdir. Hər şey namaza tabedir. Gərək çalışaq ki, namazı düzəldək. O zaman ki, namaz düzələr, insan adam olar.

17. O zaman ki, bəndə Allah Təalanın müqəddəs dərgahından qayıdar, sovqat gətirdiyi ilk şey – Onun tərəfindən olan salamdır.

18. Namazda Allahı zikr etmək ən yaxşı zikrdir. Çünki namaz – Kəbə kimidir. Namazqılan Kəbəyə daxil olaraq qərara alır ki, təkbir qapısından girib, təslim qapısından çıxacaq.

(ahliman.info)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930