İnsan məhz çətinliklər zamanı öz insanlıq dəyərini anlayar
Mьəllif: admin1
Tarix: 29-03-2015, 22:24
İnsan məhz çətinliklər zamanı öz insanlıq dəyərini anlayar

“Və həmçinin iman gətirənləri xalis etmək və saflaşdırmaq, kafirləri tədriclə məhv etmək üçün!”. (“Ali-İmran” 141). Bu ayə Ühüd
döyüşündən bəhs edir və Allah Təala bu ayədə buyurur ki, həmin döyüş vasitəsilə xalis möminləri kafirlərdən ayırmaq istədi. Bu döyüş vasitəsilə onlara eyblərini göstərdi. Belə ki, İmam Əli (ə) buyurur: “Ruzigarın dəyişkənliyi və həyatın ağır hadisələri insanların həqiqətini aşkar edər”. İnsan belə çətinliklər zamanı öz insanlıq dəyərini anlayar. (Tebyan)
Ona görə də bəzən bu məğlubiyyətlər o qədər qurucu xarakter daşıyır ki, cəmiyyətə müsbət təsir qoyur. İnsan qızıla bənzəyir ki, atəş vasitəsilə öz həqiqi dəyərini tapır. Gərək əvvəl özü pak olsun ki, sonra başqalarını pak edə bilsin.

Ona görə də bu ayədən belə nəticə çıxarda bilərik ki, müharibə xalis insanla xalis olmayanı bir-birindən ayıra bilir. İman əhli üçün həm qələbə və həm də məğlubiyyət səadətdir. Çünki ya şəhadətə çatar, ya da düşmən üzərindəki qələbəni təcrübə edər. Bugünkü məğlubiyyət mühüm deyildir, işin sonu mühümdür.

“Yoxsa Allah aranızdan cihad edənləri və səbirliləri məlum etməmiş (üzə çıxarmamış və Onun əzəli elmi xaricdə gerçəkləşməmiş) cənnətə daxil olacağınızı güman edirsiniz?!”. (“Ali-İmran” 142). Əlbəttə bu, belə deyildir, çünki belə olsaydı məsələ çox sadə olardı. Həqiqi etiqad əməl meydanında həyata keçirilməzsə, heç kəs bu səadətdən nəsiblənməz. Ona görə də belə meydanlarda sabirlər və mücahidlər dəyərsiz insanlardan ayırd edilərlər. Bu ayə buyurur ki, behiştin yolu səbir və mübarizədən keçir.
“(Və deyərlər:) «Səbir və dözümlülüyünüzün müqabilində salam olsun sizə! O dünyanın sonu (olaraq bura) nə gözəldir!»”. (“Rəd” 24).

Beləliklə deyə bilərik ki, hər kim behiştə çatmaq istəyirsə, gərək batil arzulardan əl çəksin. Qəlb imanı kifayət deyildir. Bu yolda çalışmaq və səy göstərmək lazımdır. Behiştin öz qiyməti vardır. Onun açarı isə səbir və mübarizədir. Müsibət qarşısında səbir etmək – nəfslə və iblislə (lən) olan böyük cihadda ibadət etməkdir. Ona görə də hər birimiz səbirli olmağı öyrənməli və nəfsimizlə cihad etməliyik.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930