Məhdudiyyəti olmayan qüvvə
Mьəllif: admin1
Tarix: 5-01-2019, 10:31
Məhdudiyyəti olmayan qüvvə
Nobel mükafatına layiq görülən alimlərdən biri də Alexis Carldır. O, məqalələrinin birində yazır: “Dua və namaz, qüvvətli gücə malikdir. Mən tibbdə elə şeylər görmüşəm ki, müalicə olunmayan xəstəliklər məhz dua və ibadətlə müalicə olmuşdur. Bəşər dua vasitəsilə çalışır ki, öz məhdud gücünü məhdud olmayan qüvvəyə birləşdirsin. Bu yolla öz qüvvəsini artırsın. O zaman ki, biz dua edirik, bütün kainatı bir-biri ilə əlaqələndirən Sonsuz bir qüvvəyə qoşulmuş oluruq. Bu, mümkün deyildir ki, insan dua etsin və onun müsbət nəticəsini görməsin”.

Harvard universitetinin müəllimi Vilyam Ceyms deyir: “Okeanın daima hərəkətdə olan üst qatı, heç bir zaman onun daxilində olan sakitliyi poza bilməz. O kəs ki, böyük həqiqəti əldə edibdir, həyatın hər anında olan eniş və yoxuşlar, onun üçün əhəmiyyətsiz şeylər kimi cilvələnər”.

Bu səbəbdən deyə bilərik ki, dindar olan bir şəxs hər bir nigarançılıq və təşvişdən uzaq olmalıdır. Həyatın onun üçün hazırladığı hər bir hadisəyə soyuqqanlıqla yanaşmalıdır.


/Deyerler.org/
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031